image-qanunla-reklam
image-1704713651-1637816438_560315_original

Avropanı narahat edən Qələbə

image-lady-day-az

Avropanı narahat edən Qələbə

Azərbaycan 2020-ci il 44 günlük İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirləri ilə ərazi bütövlüyünü təmin etdi. Nəticədə Cənubi Qafqazda yeni reallıqlar yaratmış oldu. Bu reallıqlar həm də oyun qaydalarını dəyişdi. Bir çox dövlət, hətta 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistan belə, bu reallıqları müəyyən mənada qəbul etdi. Başa düşdü ki, artıq Azərbaycanla hesablaşmaq lazımdır.

Buna baxmayaraq, hələ də özünün destruktiv mövqeyini davam etdirən dövlətlər var. Fransanın bu sırada öndə olduğunu desək, yəqin ki, yanılmarıq.

Rəsmi Paris anti-Azərbaycan mövqeyini müxtəlif formalarda göstərir. Onun Azərbaycanın daxili işlərinə müdaxilə etməsi, casusluq fəaliyyəti göstərməsi və özünün beşinci kolonunu yaratmaq cəhdləri Yelisey Sarayının Bakı ilə bağlı mövqeyinin aydın təzahürüdür. Amma Parisin riyakarlığı bununla bitmir. Qarabağda “mədəni irsə təhlükə”yə dair əsassız iddialar irəli sürən bu ölkədə azərbaycanlı şairə Natəvanın heykəli təhqir olunur, abidəyə qarşı vandalizm aktı həyata keçirilir. Daha maraqlısı və əslində həm də təəssüf doğuran hal ondan ibarətdir ki, UNESCO kimi mötəbər qurum dünyada mədəni irsin mühafizəsi ilə məşğul olmaq əvəzinə, Fransanın bir qurumu funksiyasını yerinə yetirir. Bütün dünya xalqları üçün açıq olmalı olan bu təşkilatın şəxsi heyətinin 50 faizindən çoxu tək Fransanın payına düşür.

Başqa bir məqam da ondan ibarətdir ki, söz və ifadə azadlığını əlində bayraq edərək digər ölkələri tənqid edən Fransada jurnalistlərin azad fəaliyyətinə maneələr törədilir.

Fransa anti-Azərbaycan siyasətini müxtəlif formalarda davam etdirir. Hazırda Azərbaycanın əsas prioriteti Cənubi Qafqazda sülhün və əməkdaşlıq mühitinin təmin olunmasıdır. Amma Fransa Ermənistana silah satmaqla iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur, İrəvandakı revanşist qüvvələri qızışdırır. BMT Təhlükəsizlik Şurasında və Afrikadakı uğursuzluğunu həzm edə bilməyən Fransa beynəlxalq aləmdə uğur hekayəsini “erməni kartı” ilə qazanmağa çalışır. Birinci Dünya müharibəsində Osmanlı Türkiyəsinə qarşı etdiklərini indi Azərbaycana qarşı edir.

Azərbaycanın üzv olduğu digər bey­nəlxalq təşkilatlarla yanaşı AŞPA–danda gözləntiləri Azərbaycan torpaqla­rının işğal faktının rəsmən tanınması və işğala son qoyulması üçün təcavüzkar dövlətə təzyiq göstərilməsindən ibarət idi. Lakin gözləntilər əksinə olaraq Ermənistan–Azərbaycan münaqişəsinin davam etdiyi 35 il ərzində AŞPA bütün hüquqları vəhşicəsinə pozulmuş bir mil­yon Azərbaycanlının hüquqlarının mü­dafiəsi üçün bir qərar belə qəbul etmədi. Öz maraqlarını təmin et­məyə çalışan Fransa, Almaniya, ABŞ kimi dövlətlər regionda öz müstəqil si­yasətini aparmağa çalışan yeganə döv­lət kimi Azərbaycana qarşı yeni təzyiq mexanizmlərini işə salmağa çalışırlar.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

 

Qərəzli və ünvanlı sifarişləri icra edən qurum.

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialar ondan xəbər verir ki, hazırda Qərbdə ölkəmizlə bağlı açıq şəkildə sifariş yerinə yetirilir. AŞPA Azərbaycanın müstəqil siyasətini həzm edə bilmir. Avropa Birliyi və onun institutları Ermənistan-Azərbaycan münaqişəsi başlanan gündən ermənilərin tərəfində dayanaraq, separatçılığı, işğalçılığı və bunu törədən ölkəni-Ermənistanı müdafiə edərək daim bizə qarşı olublar. Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında vasitəçi olsa da, Fransanın qərəzli yanaşması səbəbindən Aİ-nin vasitəçiliyi faydasız hala gəldi, tərəflər arasında sülhyaratma prosesinə ciddi zərbə vuruldu.

2001-ci ildə Azərbaycanın Avropa Şurasına üzv olmaqda məqsədi münaqişənin həll olunması idi. Avropa Şurası və digər institutlar isə ədaləti bərpa etmək əvəzinə, beynəlxalq qanunları çeynədilər, onu ayaqlar altına atdılar.

Azərbaycana qarşı təzyiqlərin digər səbəblərindən birinin Zəngəzur dəhlizidir. Qlobal güclər ticarət yollarına nəzarət etmək uğrunda mübarizə aparırlar. Buna görə də həmin güclər düşünürlər ki, Azərbaycanın qərb rayonlarının Naxçıvanla birləşməsi reallaşarsa, bu, guya onların maraqlarına təhdid yaradaraq elə məhz onların Cənubi Qafqazdan, Avrasiyadan məhrum olmalarına səbəb olacaq. Amma rəsmi Bakının belə bir niyyəti yoxdur. Yaxın həftələrdə Azərbaycan-Avropa əlaqələrinin gərginləşməsi ehtimalı olsa da, ümumilikdə onlar başa düşəcəklər ki, tərəflər arasındakı münasibətləri korlamaq zərərlərinə ola bilər.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki