image-qanunla-reklam
image-zengezur

Avetisyan: “Artsax” bitdi, indi diqqət Zəngəzurdadır – Video

image-lady-day-az

Ermənistan Qarabağ üzərində nəzarəti itirəndə və kapitulyasiya etmək məcburiyyətində qalanda bütün dünya erməniləri küçələrə çıxdılar, etiraz aksiyaları keçirdilər, qışqırdılar, bağırdılar, amma az vaxt keçdi və hamı başa düşdü, dərk etdi, ermənilər reallığı qəbul etməyə məcbur oldu. İndi Ermənistanda heç kim “arsax”ı xatırlamır, çünki yeni mövzu var.

Qanunla.Az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Arutyun Avetisyan yazıb.

Onun sözlərinə görə, indi ermənilərin tam olaraq fikri Zəngəzur ətrafında baş verən hadisələrə yönəlib:

“Ermənistanda yenə də Azərbaycan anklavlarının mövzusuna etiraz edənlər çoxdur. Bir müddət sonra hər kəs bunu da unudacaq. Ermənilər Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olacaq”, – deyə erməni ekspert qeyd edib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki