ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Filip Riker bu həftə Ermənistana səfər edəcək.
“Qanunla.az” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel məlumat verib. O bildirib ki, gözlənilən səfər Rikerin yeni vəzifəsində regiona ilk səfəri olacaq.
Bildirilib ki, onun ard-arda Qafqazın hər üç respublikasında – Ermənistan, Gürcüstan və Azərbaycanda dövlət rəsmiləri ilə görüşü nəzərdə tutulub.
Patel həmçinin qeyd edib ki, Rikerin Qafqaza səfərlərinin müntəzəm olacağı gözlənilir.
























