image-qanunla-reklam
image-377824047_866433634836416_4196194872365870421_n

Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur

image-lady-day-az

Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur.

Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Prezident cənab İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir. Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bununla bağlı deyib: “Təsadüfi deyil ki, hətta mənim səfərlərimin və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, bizim bu məsələyə əlavə dinamizm verdiyimizi görmək olar. Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq ümumi maraqlar ətrafında daha sıx birləşməliyik”.

Cənab İlham Əliyevin Düşənbədə Mərkəzi Asiya Dövlət Baş­çılarının 5-ci Məşvərət görüşündə fəx­ri qonaq qismində iştirak etdiyi zaman yadımıza düşən ilk məqamlardan biri də odur ki, Ulu Öndər Heydər Əliyev bu əməkdaşlığın gənc müstəqil Azərbaycan dövləti üçün olduqca böyük əhəmiyyət kəsb etdiyini hələ müstəqilliyimizin ilk illərində – 1994-cü il oktyabrın 18-də İs­tanbulda Türk Dövlətləri Başçılarının 2-ci Zirvə toplantısının açılışında söylədiyi nitqində demişdi. “Xəzərin o biri sahiln­dəki” dövlətlərlə təmasın əhəmiyyətindən danışan Ümummilli Lider xatırlatmışdı ki, həmin ölkələrlə Azərbaycan arasın­da tarixi ənənələr, dostluq və qardaşlıq əlaqələri əsrlər boyu mövcud olmuşdur. Biz əsrlər boyu bir yerdə yaşamışıq, bir adət-ənənələrdən istifadə etmişik və bir-birimizə həmişə kömək etmişik: “Azərbaycan ilə Xəzər dənizinin o tərə­fində olan ölkələr arasında əlaqə həmişə sıx olub, çox etibarlı olub və mən bu gün artıq müstəqil dövlət olan dost, qardaş ölkələrin başçıları ilə görüşərkən, burada, İstanbulda bu tarixi bir daha yada salmaq istəyirəm və bir daha bildirmək istəyirəm ki, biz bu dostluq, qardaşlıq ənənələrinə həmişə sadiq olmuşuq, bundan sonra da sadiq olacağıq”.

Həmin tarixi ənənə bu gün heç zaman olmayan bir sə­viyyədə davam etdirilir. Cənab Prezident bu əməkdaşlığın inkişaf etdirilməsinə 2003-cü ilin payızından bəri böyük töhfələr ve­rir. İşğalçı və qəsbkar Ermənistan üzərindəki şanlı Qələbəmizdən sonra bu əlaqələr daha da sıxlaşıb və təmasların səmərəsi artıb. O da faktdır ki, dövlət başçımız həmin coğrafiyadakı ölkələrə təkcə rəsmi və digər məzmunlu səfərlərə getmir, həm də onu müxtəlif tədbirlərə dəvət edirlər. Elə bu dəfə getdiyi tədbirə də məhz fəxri qonaq kimi dəvət olunmuş­du.

Bir sözlə, Azərbaycan Türk Dövlətləri Təşkilatı, eləcə də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı tərəflərin hamısının ma­raq və mənafelərinin qorunması şərti ilə genişləndirmək üçün lazım olan bütün addımları atır. Dövlət başçımız xatırladır ki, Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da bu birliyin amallarına sadiq qalacaq.

Xalqımız və dövlətimiz əmindir ki, Azərbaycanın beynəlxalq əlaqələri bun­dan sonra daha da genişlənəcək. Nəticə­də Şərqlə Qərb arasında mühüm tranzit ölkə, Avropanın etibarlı enerji təchizatçısı kimi dövlətimizin önəmli rolu bundan son­ra daha da artacaqdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir.

Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Prezident cənab İlham Əliyevin son illər ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək formatını müəyyənləşdirir. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir.

Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Bu səbəbdən Prezident cənab İlham Əliyevin cari ilin 14 sentyabr tarixində Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak etməsi regional əməkdaşlığın yeni formatı kimi ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaqdır.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Bütün bunlar göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur.

Cənab  Prezidentin Tacikistana səfərinin gündəliyi kifayət qədər zəngin olub. Keçirilən görüşlərdə prezidentlər dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri inkişaf etdirməyə hazır olduqlarını bildiriblər. Görüşlər və çıxışlar zamanı parlamentlərarası əməkdaşlığın, mədəni, ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, investisiyalar, təhsil və nəqliyyat sahələrində qarşılıqlı fəaliyyət xüsusi qeyd edilib.

Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində canlanma müşahidə olunur. Dünyada baş verən proseslər fonunda ölkələr arasında birgə əməkdaşlıq zərurətə çevrilir. Azərbaycanın xarici siyasətində bunun şahidi oluruq. Ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində isə Azərbaycan-Tacikistan əlaqələri xüsusi yer tutur.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 

Tarixi əlaqələr.

Xarici siyasətində bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsiplərini ön planda saxlayan Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Tarixi Zəfərimizdən sonra bu əməkdaşlığın daha da möhkəmlənərək yeni prioritetlər üzrə inkişaf etdiyi diqqətdən kənarda qalmır. Dövlətimizin başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə toplantısının plenar iclasına, “Avropa siyasi birliyi” Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. Sentyabrın 14-də Prezident cənab İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə də fəxri qonaq qismində iştirak etdi. Dövlətimizin başçısı tədbirdəki çıxışında bu mühüm məqamı xüsusi qeyd etdi ki, Məşvərət Şurasının işində ilk dəfədir iştirak edir və regional əməkdaşlığın bu formatının ölkələrimizin, xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacağına əmindir. Prezident cənab İlham Əliyev bu xatırlatmanı da etməklə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinə aydınlıq gətirdi. Belə ki, son iki ildə Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etdiyini bildirən Prezident cənab İlham Əliyev bu müddət ərzində bütün qardaş dövlətlərin başçılarınin da ölkəmizə dəfələrlə səfər etdiklərini vurğuladı. Dedi ki, ilin sonuna qədər qarşılıqlı səfərlərin fəal dinamikası davam etdiriləcək.

Prezident cənab İlham Əliyev bu il ikinci dəfə Tacikistana səfər edir. Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı Azərbaycanın, həmçinin ölkə Prezidentinin nüfuzunun göstəricisidir. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti beynəlxalq səviyyədə təqdir edilir və əməkdaşlığın inkişafında stimulverici amildir. Mərkəzi Asiya dövlətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır və bu özünün aydın ifadəsini qarşılıqlı səfərlərdə tapır. Sözügedən tədbirdə bu əlaqələrin əhatə etdiyi sahələr, eyni zamanda, yeni istiqamətlər diqqətə çatdırıldı.

“2025-ci ilədək Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı” iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanların mövcudluğunu təsdiqləyir. Dövlətimizin başçısı sözügedən tədbirdəki çıxışında da bu məqamı xüsusi vurğuladı ki, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Həmin iki istiqamət üzrə göstəricilərin davamlı artıma malik olması sevindiricidir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb”.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

 

Azərbaycanın tranzit ölkə statusu.

Ötən əsrin 90-cı illərinin əvvəllərində ağır siyasi, sosial-iqtisadi böhran yaşayan Azərbaycanı düşdüyü çətin vəziyyətdən xilas edən Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol ölkəmizi bugünkü inkişaf səviyyəsinə çıxarıb. Məhz onun hazırladığı Azərbaycanın inkişaf strategiyasını Prezident cənab İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, nəzərdə tutulan bütün hədəflərə nail olunub. Sözsüz ki, hər bir dövlətin gücü həm də onun iqtisadi potensialından irəli gəlir. Ölkəmizin iqtisadi qüdrəti göz qabağındadır, davamlı olaraq inkişaf edir, dünyada bu sahədə yaşanan böhranlardan dayanıqlı olduğu üçün təsirsiz ötüşür. Həmçinin Azərbaycanda möhkəm sabitliyin, əmin-amanlığın bərqərar olması, hərbi-siyasi gücünün günü-gündən artması, öz torpaqlarını işğaldan azad etməklə yeni reallıqlar yaratması, regionun inkişafına mühüm töhfələr verməsi ölkəmizin qlobal aləmdə nüfuzunu xeyli artırıb, mövqelərini yüksəldib, onu mövcud olduğu regionun liderinə çevirib. Dövlətimizin başçısı cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ərsəyə gələn nəhəng layihələr isə dünyaya meydan oxuyur, iştirakçı olan dövlətlərin iqtisadi inkişafına səbəb olur. Ölkəmizi dünya üçün əhəmiyyətli edən digər məqam isə onun etibarlı tərəfdaş statusu qazanmasıdır. Bu səbəbdəndir ki, əməkdaşlıq etdiyi bütün dövlətlər Azərbaycanla münasibətləri yüksək qiymətləndirir.

Hazırda Avropanın üzləşdiyi çətin enerji böhranından xilas olmasında önəmli rol oynayan Azərbaycan, həm də Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafında, ticarət əlaqələrinin genişlənməsində vacib ölkə hesab olunur. Dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər, keçirilən görüşlər, imzalanan sənədlər əhəmiyyətinə görə əməkdaşlığımıza strateji xarakter qatır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki