image-qanunla-reklam
image-1646835661_media-72jpg-1608203520-7q6e80jmixplc2t5h9kf

“Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” – Prezident İlham Əliyev

image-lady-day-az

“Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” – Prezident İlham Əliyev

2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu gün ölkəmizin xarici əməkdaşlıq istiqamətləri arasında enerji sahəsi xüsusi yer tutur və bu sahədə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət yürüdən Azərbaycan öz təbii sərvətlərinin əsl sahibi olaraq beynəlxalq əməkdaşlıq əlaqələrini milli maraqlar və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Azərbaycan istər regional, istərsə də beynəlxalq səviyyədə ölkələrarası əməkdaşlıq və təhlükəsizlik məsələlərinə mühüm töhfələr verir. 2003-2018-ci illərdə iqtisadiyyatın neft-qaz sektoruna xüsusi diqqət göstərilirdi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirdi. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub.

2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu. Təbii ki, bütün bu hadisələr Azərbaycanın iqtisadi gücünün artmasını təmin etdi və ölkəmizin beynəlxalq arenalarda mövqeylərini daha da möhkəmləndirdi. Birmənalı olaraq Prezident cənab İlham Əliyevin siyasətində həyata keçirilən əsas prioritetlər Vətənin müdafiəsi və xalqın rifahıdır.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki