image-qanunla-reklam
image-1655454707_abss

Ağ Ev Türkiyə Yunanıstan gərginliyi ilə bağlı mövqeyini açıqladı

image-lady-day-az

Türkiyə ilə Yunanıstan arasında “Egey gərginliyi” davam edərkən Vaşinqtondan iki ölkəyə zəng edilib.

“Qanunla.az” xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik mətbuat konfransında Vaşinqtonun bu məsələ ilə bağlı mövqeyini açıqlayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Yunanıstanın Egey adalarını silahlandırması və ABŞ-ın bu mövzudakı mövqeyi ilə bağlı sualı cavablandırıb.

“Bizim bununla bağlı mövqeyimiz bir neçə həftə əvvəl eşitdiklərinizlə eynidir. Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli və qorunmalıdır”, – deyə o bildirib.

Həm Türkiyə, həm də Yunanıstanın NATO müttəfiqi olduğunu vurğulayan Price, belə davam edib:

“Biz onları regionda sülh və təhlükəsizliyi qorumaq və fikir ayrılıqlarını diplomatik yolla həll etmək üçün birgə işləməyə təşviq etməyə davam edirik. Biz müttəfiqlərimizi gərginliyi daha da artıra biləcək ritorikadan çəkinməyə çağırırıq. Yunanıstan və Türkiyə ABŞ-ın əsas NATO müttəfiqləridir və biz hər ikisini gərginliyi azaltmağa təşviq etməyə davam edəcəyik”-deyə Ağ ev sözçüsü bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo