image-qanunla-reklam
image-1655450934_nikol

AFFA-nın 30 illiyində Paşinyandan gülünc fikirlər

image-lady-day-az

Dünən Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin digər üzvləri ilə birlikdə ER Futbol Federasiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. 

“Qanunla.az” xəbər verir ki, Nikol Paşinyan FİFA prezidenti Conni İnfantino və UEFA prezidenti Aleksandr Çeferin də iştirak etdiyi tədbirdə gülünc doğuran ifadələr işlədib.  Baş nazirin 2050-ci ildə Ermənistan milli futbol komandasının dünya və ya Avropa çempionatının qalibi olmalıdır fikri öz ölkəsində də gülüşlə qarşılanıb:

“Ermənistanın 2050-ci ilə qədərki Transformasiya Strategiyasında biz qarşımıza belə bir məqsəd qoymuşuq. Ermənistan milli futbol komandası dünya və ya Avropa çempionatının qalibi olmalıdır”

Paşinyanın bu fikrinə erməni mətbuatında tənqidlər səsləndirilib.  “Joqovurd” qəzetinin yazdığına görə, baş nazirin bu fikrinə tədbirdə yanlnız bir neçə nəfər alqışlayıb, digərləri isə sadəcə olaraq gülüşlərini saxlaya bilməyib.

“Ancaq bu, təkcə hökumət başçısının deyil, həm də FFA rəhbəri Armen Melikbekyanın günahıdır, o, hələ də özünün və federasiyanın işlədiyinə inanır. Dünənki tədbirdə iştirak edən həmsöhbətimiz təbəssümlə əgər hər şey belə sürətlə getsə, 2050-ci ildə Ermənistanda futbol olmayacaq. Məsələ burasındadır ki, federasiyanın rəhbərliyi ilə fəaliyyət göstərən Futbol Akademiyasında belə normal dərslər, atletika treki belə yoxdur. Və belə bir şəraitdə Paşinyan çempion olmaqdan danışır” – “Joqovurd” qeyd edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo