image-qanunla-reklam
image-1e6p9rwyyz_002

Əməkdaşlıq sayəsində yaranan yeni iqtisadi perspektivlər

image-lady-day-az

Əməkdaşlıq sayəsində yaranan yeni iqtisadi perspektivlər

 

27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsi zamanı bu münasibətlər daha yüksək səviyyəyə çatdı. İki ölkə arasında mövcud olan qardaşlıq əlaqələri müharibənin qələbə ilə başa çatmasında mühüm rol oynadı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə isə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoymuşdur. Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” qardaşlığın rəmzi olan bir Bəyyannamədir. Bu Bəyannamə iki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırmışdır. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə və çox uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyə dövləti ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirərək bu münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynamışdır. Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edən Şuşa Bəyannaməsi həm də çoxşaxəli müttəfiqliyin rəmzidir. Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıraraq, regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olmaqla Şuşa və Şuşa ətrafının gözəl turizm imkanlarını daha da artıracaqdır. Xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir və Heydər Əliyevin Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir kəlamlarının bəyannamədə öz əksini tapması isə bu müttəfiqliyin Azərbaycan ilə Türkiyə arasındakı tarixi münasibətlərə əsaslandığını bir daha sübut edir. Həm də bunu tam əminliklə deyə bilirik ki, bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Çünki bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Son iyirmi ilə yaxın müddətdə Türkiyə ilə Azərbaycan arasında əlaqələr daim yüksək səviyyədə olmuşdur. Bu gün bu gözəl ənənələr davam edir və bütün məsələlərdə əməkdaşlığımız yaxşı nəticələr verməkdədir. Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Bu səbəbdən Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev bəyan edib ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı və işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz. Bu gün xalqımız azad yaşayır, müstəqillik şəraitində yaşayır və biz Türkiyə dövlətindən qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir.

 

Qasımova Alim- Çallı kənd tam orta məktəbinin tarix müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki