image-qanunla-reklam
image-7e320ae0b902978c794b5a47fda24499

Zərdabda 15 iyun-Azərbaycan Xalqının Milli Qurtuluş Günü və Dəli Quşçu kəndi ərazisində Aşağı Şirvan Kollektorunun üzərində tikilmiş körpünün açılışı münasibətilə tədbir keçirilib

image-lady-day-az

Qanunla.Az xəbər verir ki,Zərdabda 15 iyun-Azərbaycan Xalqının Milli Qurtuluş Günü və Dəli Quşçu kəndi ərazisində Aşağı Şirvan Kollektorunun üzərində tikilmiş körpünün açılışı münasibətilə tədbir keçirilmişdir. Əvvəlcə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsul işçiləri, ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşdur. Sonra  tədbir iştirakçıları 15 iyun-Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibətilə rayonun Heydər Əliyev Mərkəzində təşkil olunmuş sərgi ilə tanış olmuş, Milli Qurtuluş Gününə həsr olunmuş videoçarxa baxmışlar. Bayram günü ərəfəsində Dəli Quşçu kəndi ərazisində Aşağı Şirvan Kollektorunun üzərində tikilmiş körpünün açılışı mərasimi keçirilmişdir. Bu münasibətilə kənd sakinlərini təbrik edən rayon icra hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə burada görülən işlər barədə sakinlərə məlumat vermişdir. Bildirilmişdir ki, 14 aprel 2022-ci il tarixdə  körpünün yenidən tikintisinə başlanmış, 12 iyun 2022-ci il tarixdə təhvil verilmişdir.  Körpünün hərəkət hissəsinin eni 5,20 metr, səkilər 1 metr olmaqla uzunluğu 30 metrdir. Körpü müasir tələblərə uyğun tikilərək əhalinin istifadəsinə verilmişdir. Tədbirdə çıxış edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri tədbir iştirakçılarını Azərbaycan Xalqının Milli Qurtuluş Günü və tikilmiş körpünün açılışı münasibətilə təbrik etmişdir. Çıxış edən kənd sakinləri görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

image-9d6fbbaad9c96af160c89cc35407b2bd

image-125a554e980e6dbccc68c789e2e3fa2b

image-12620087e8d085092f46058c6fb78792

image-dc1dc43e9a363de89afa73a9ce5436cf

image-e0d6d646fe0dcff71044b3aa8fcc7281

image-334a4b1df979f20c5723c3f19734b3b0

image-a8d534ba061be470f173463bb2a0e3d1

image-999eb5030c1c967f0ed46bf2598e1766

image-f9c6aa215659c5de71cdee4444aad596

image-70d739fa78c97165ea6e74de5646993b


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo