Bu gün Bakı şəhəri Yasamal Rayon Məhkəməsində AR CM-nin 234.1-ci maddəsi ilə ittiham olunan müdafiə etdiyim şəxs barəsində bəraət hökmü çıxarıldı.
Bunu Qanunla.Az-a vəkil Zəribə Əmiraslanova məlumat verib. O , bildirib ki, Adəm müəllimin mənə təhvil verdiyi işi BƏRAƏT hökmü ilə yekunlaşdırmağın qürur hissin yaşayıram. Məhkəmə istintaqı dövründə bütün vəsatətləri Adəm Məmmədovla müzakirədən sonra təqdim edirdim. İşinin peşəkarı birinin məsləhəti ilə uğur qaçınılmazdır. Məhkəmələrdən görəcəyimiz ədalətli qərarlardı bizim hüquqa inamımızı artıran.
Ədalətli qərar çıxaran hakimlərimiz daim var olsun!
Qeyd edək ki, tanınmış vəkil Adəm Məmmədov qanunsuz tutularaq 6 ay müddətinə azadlıqdan mərhum edilib.