image-qanunla-reklam
image-12367-1000x830

Anlaşma memorandumu

image-lady-day-az

Anlaşma memorandumu

 Aprelin 25-də Sofiyada Bolqarıstan,Rumıniya, Macarıstan, Slovakiya və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər. Azərbaycan dövlətinin başçısı İlham Əliyev mərasimdə çıxış edib. Çıxış zamanı cənab prezident qeyd edib ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, həm də əsl dost ölkələrdir. Prezident keçirilən bu mühüm mərasimin əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün mühüm bir addım olacağını vurğulayıb. Eyni zamanda İlham Əliyev imzalanmış Anlaşma Memorandumu haqqında fikrini bildirərək qeyd etdi ki, bu memorandum icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyi birmənalı olaraq güclənəcək və Azərbaycan üçün Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq. Cənab Prezident İlham Əliyev həm də vurğuladı ki, Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Onu da qeyd edek ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi.

 

Enerji diplomatiyası

 Müstəqil Azərbaycan dövləti hazırda dünyada nəhəng neft ixrac edən ölkələrdən biri kimi tanınır. Eyni zamanda, qaz ixrac edən ölkəyə çevrilməkdəyik. Ulu öndərimiz Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı, mərhələ-mərhələ həyata keçirdiyi milli neft strategiyası öz bəhrəsini verir. Azərbaycanın təşəbbüskarlığı, bilavasitə iştirakı ilə həyata keçirilən neft-qaz layihələri nəinki ölkələri, eləcə də böyük regionları da əməkdaşlıq baxımından birləşdirir. Ümummilli liderimiz Heydər Əliyevin milli neft strategiyasının təntənəsi olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri bölgəmizə yalnız iqtisadi deyil, daha çox siyasi dividendlər gətirib. Enerji təhlükəsizliyi birbaşa regionun əmin-amanlığına, təhlükəsizliyinə qarantdır.Bütün maneələrə baxmayaraq Azərbaycan tərəfindən inadkarlıqla müdafiə olunan və böyük səylər hesabına həyata keçirilən enerji layihələri bu gün Avropanın diqqət mərkəzindədir. Cənub Qaz Dəhlizi vasitəsilə ötürülən təbii qaz həcminin 2 dəfə artırılması, yaşıl enerji resurslarının istehsalı və Avropaya nəqli ilə bağlı intensiv şəkildə aparılan danışıqlar və imzalanan sənədlər Azərbaycanın enerji siyasətinin Avropa üçün xilas mənbəyi olduğunu göstərir. Cənab Prezident İlham Əliyev bu gün enerji təhlükəsizliyi sahəsində yeni səhifə açdığımızı bəyan edib. Bu yeni səhifəni məhz Azərbaycan dövləti və onun rəhbəri Prezident İlham Əliyev açır. Cənub Qaz Dəhlizinə və Azərbaycanın digər enerji layihələrinə getdikcə artan maraq da onu göstərir ki, Azərbaycanın enerji siyasəti bütün ölkələr arasında sülh və əməkdaşlıq prinsiplərinə xidmət edir.

Kifayət İmanova – Zərdab şəhəri 1 saylı məktəb-liseyin psixoloqu.

 

 

Enerji resurslarının daha da şaxələndirilməsi, həmçinin enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində imzalanmış Memorandum çox mühüm addımdır.

Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumu imzalanmışdır. Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Ölkələrimiz arasında məhsuldar münasibətlərin,yüksək həmrəyliyin və strateji tərəfdaşlığın təmin edilməsi məqsədini daşıyan liderlərimizin uzaqgörən siyasəti və yorulmaz səyləri nəticəsində bu gün biz Azərbaycandan Avropa İttifaqına təbii qazın təchiz edilməsinin yeni marşrutunun formalaşmasının şahidi oluruq. Anlaşma Memorandumunun imzalanma mərasimində çıxış edən cənab Prezident İlham Əliyev bildirib ki, “Azərbaycan təkcə enerji sektorunda deyil, digər sahələrdə də Avropanın mühüm və sınaqdan çıxmış tərəfdaşıdır. Azərbaycan enerji təchizatı coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə çatdıracaq. Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün bu istiqamətdə addımları davam etdirməyə həmişə hazırdır. Beləliklə, biz fəal enerji diplomatiyamızı davam etdiririk. Bir sözlə, biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq.”

Səliqə İsmayılova – Zərdab şəhər 1 saylı məktəb-liseyin direktor müavini.

 

 

Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları davam etdirməyə hazırdır.

 Azərbaycan Respublikası Avropa ölkələrinin enerji təchizatının təmin olunmasında çox mühüm rol oynamaqdadır. Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji layihələri ölkəmizi özünəməxsus iqtisadi modelə malik dövlət kimi səciyyələndirir.

Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin Müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqəsinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. Eyni zamanda “Əsrin Müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyində mövqeyini daha da möhkəmləndirdi. Azərbaycanın milli təhlükəsizliyi onun dünya və region dövlətləri, habelə beynəlxalq təşkilatlarla balanslaşdırılmış strateji xətt yeritməsini zərurətə çevirdi. Ümumilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının xarici siyasət prioritetlərindən bəhs edərək qeyd edirdi ki, dəyişən dünyamızda Azərbaycanın siyasi missiyası dost və tərəfdaş axtarışına, blok və ittifaqların çoxvariantllığına yönəlmişdir. Bu, Azərbaycanın dünya dövlətləri ailəsində statusunu, suverenliyini möhkəmləndirəcək, həm də müxtəlif dövlətlərlə yaxınlaşmasına kömək edəcəkdir.

Cənab Prezident İlham Əliyevin cari ilin 25 aprel tarixində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması mərasimindəki  çıxışı sübut edir ki, Onun rəhbərliyi ilə ölkəmiz dünya və avropa ölkələri arasında ildən ilə nüfuzu yüksəlir. Cənab Prezident qeyd etdi ki, “Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları davam etdirməyə hazırdır. Üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra, yəni – iki neft boru kəməri – biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışmalar aparılır.

Kəmalə Məmişova – Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbinin direktoru.

 

Siyasi Dialoq.

Azərbaycanla Bolqarıstan arasında tarixi mədəni əlaqələrin zəngin dövrü məhz sovet dövrünə təsadüf edir. SSRİ ilə Bolqarıstan Xalq Respublikası arasında 1948-ci il martın 18-də bağlanmış dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında 20 illik müqavilə mədəni əlaqələrin sistemli, ardıcıl aparılmasında mühüm bir sənəd rolunu oynamışdır. Azərbaycan və Bolqarıstan arasında, xüsusilə, ədəbi və elmi əməkdaşlıq sahəsində yaranmış mədəni mübadilə iki xalqın bir-birinə yaxınlaşması baxımından mühüm tarixi hadisə oldu. Azərbaycanla Bolqarıstan arasında mədəni əməkdaşlıq digər sahələri – teatr, musiqi, kino, təsviri incəsənət, mətbuat, radio, televiziya, turizm və idmanı da əhatə edirdi.

Bolqarıstan Azərbaycanın müstəqilliyini 14 yanvar 1992-ci ildə tanımışdır. 1999-cu ildə dekabr ayında Bolqarıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır. 16 aprel 2004-cü ildə cənab Prezident İlham Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin açılması haqqında sərəncam imzalamışdır. 29-30 iyun 1995-ci ildə Heydər Əliyev Bolqarıstana rəsmi səfər etmişdir. 2-3 dekabr 1999-cu ildə Bolqarıstan prezidenti Petar Stoyanov Azərbaycana rəsmi səfər etmişdir. 28 may 1999-cu ildə Azərbaycan Respublikasının prezidenti 2 ölkə arasında iqtisadi-ictimai və elmi texniki komisyanın yaradılması haqqında sərəncam imzalamışdır. Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, bu əlaqələrin yeni mərhələyə qədəm qoymasında, strateji əməkdaşlıq səviyyəsinə çatdırılmasında və daha da inkişaf etdirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstan Respublikasına rəsmi səfəri böyük rol oynamışdır. Eləcə də 2017-ci ilin oktyabr ayında Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radevin və Bolqarıstan Respublikasının Baş Naziri Boyko Borisovun 15-16 yanvar 2018-ci tarixlərində Azərbaycan Respublikasına rəsmi səfərləri Azərbaycan-Bolqarıstan arasındakı strateji əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün əlverişli şərait yaratmışdır. Bu vaxta kimi iki ölkə arasında çoxlu sayda sənəd imzalanmış, bu sənədlər qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.

25 aprel tarixində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması mərasimində Cənab Prezident çıxış edərək  qeyd etdi ki, “Bir ay əvvəl Bolqarıstan Prezidenti Radev Azərbaycanda rəsmi səfərdə olub. Bu fakt ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini göstərir. O, siyasi dialoqun dinamikasını nümayiş etdirir və göstərir ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir”.

Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi.

 

Ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Azərbaycanla Avropa arasında siyasi, iqtisadi, mədəni və elmi əlaqələr uzun illərdir davam edir. Avropa ilə əməkdaşlıq, ona inteqrasiya Azərbaycan dövlətinin təməl prinsiplərindəndir. Bu baxımdan, Azərbaycanla Avropa ölkələri arasında iqtisadi, ticari, mədəni, siyasi və sosial əlaqələr davam etməkdədir. Azərbaycan müstəqilliyini bərpa elan etdiyi vaxtdan bəri bir sıra sahələrdə, xüsusilə enerjidaşıyıcları məsələsində müxtəlif ölkələrlə əməkdaşlığını genişləndirir.

Cənab Prezident İlham Əliyev 25 aprel tarixində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması mərasimində çıxışında önəmli məsələlərə toxunaraq ölkəmizin beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu bir daha sübut etdi.  Cənab Prezident çıxışında Memorandum əsasında Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırdığını vurğulayaraq qeyd etdi ki, 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz çatdırıldı, bu il isə 12 milyard kubmetr hədəflənib. Beləliklə, həmin həcm bu il üçün planlaşdırılmış 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracının təxminən yarısını təşkil edəcək.

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa dair bəzi razılaşmalara nəzər yetirək. Azərbaycan Respublikası müstəqilliyini qazandıqdan sonra 1991-ci ildən Aİ ölkə iqtisadiyyatına yardım göstərən əsas donorlardan biri olub. Bu müddət ərzində İttifaqla münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilib.

Azərbaycanla Aİ arasında əməkdaşlığın əsas istiqamətlərindən birini enerjidaşıyıcları istiqamətində əməkdaşlıq və danışıqların davamlı aparılması təşkil edir.

Nübar Qurbanova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin müəllimi.

 

Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır.

2023-cü ilin 25 aprel tarixində Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanma  mərasimi keçirilmişdir. Mərasimdə cənab Prezident İlham
Əliyev çıxış edərək bir sıra mühüm məsələləri diqqətə çatdırdı. Bu mərasimin keçirilməsinin əsas məqsədi enerji resurslarının daha da  şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi olmuşdur.

Bu  istiqamətdə  imzalanmış Memorandum çox mühüm addımdır. Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaradır. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə böyük stimuldur. Bir ay öncə Bolqarıstan Prezidenti Azərbaycanda rəsmi səfərdə olmuşdur. Bu fakt ölkələrimiz arasında əməkdaşlığın necə yüksək səviyyədə olmasını bir daha sübut edir. Ölkələr arasında siyasi dialoqun dinamikasını nümayiş etdirir və göstərir ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir.

İmzalanmış Anlaşma Memorandumu tətbiq olunduqdan sonra Avropada enerji təhlükəsizliyi  birmənalı şəkildə güclənəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə  qaz ixrac etməyə fürsət yaradacaq. Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.

Fatimə Xəlilova – Zərdab rayonu Şəftəhal kənd tam orta məktəbinin müəllimi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki