image-qanunla-reklam
image-fb_img_1644261519967

Milli Məclisin sədri Sahibə Qafarova Estoniyanın xarici işlər naziri Eva-Maria Liimets ilə görüşüb

image-lady-day-az

Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın Tallində növbəti görüşü Estoniyanın xarici işlər naziri Eva-Maria Liimets ilə gerçəkləşdirildi.

Bu sözləri deputat Elnur Allahverdiyev Qanunla.Az-a açıqlamasında bildirib.Estoniya parlamentinin sədri Yüri Ratas kimi xanım Liimets də ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini bildirdi. XİN rəhbəri də hesab edir ki, ölkələrimiz arasında mövcud olan münasibətlər potensialı tam əks etdirmir və iktərəfli əlaqələrin inkişaf etdirilməsi üçün geniş perspektivlər mövcuddur.
Milli Məclisin sədri Sahibə xanım Qafarova 44 günlük müharibədən sonra regionumuzda vəziyyətin köklü şəkildə müsbətə doğru dəyişdiyini qeyd edərək iqtisadi əməkdaşlıq və sabitliq üçün böyük imkanların yarandığını bildirdi. Parlament rəhbərimiz qeyd etdi ki, bu imkanlar müstəvisində Estoniyanın həm Azəraycanla, həm də bütöv regionla iqtisadi təmaslarını intensivləşdirmək üçün əlverişli şərait var. Bu istiqamətdə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən istifadə etmək olar. Bu nəqliyyat xəttlərinin böyük və əsas hissəsi Azərbaycandan keçir. Nəzərə alsaq ki, bu dəhlizlər bir müddət sonra regionu Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə əlaqəyə malik olacaq, mövcud perspektiv nəqliyyat potensialını daha da artıracaq.
Müzakirələr zamanı həm Estoniya tərəfi, həm də nümayəndə heyətimizin yekdil rəyi bu oldu ki, regionda sülh və təhlükəsizliyin bərqərar olması iqtisadi layihələrin reallaşmasına münbit şərait yaradıb.

image-fb_img_1644261516836 image-fb_img_1644261519967 image-fb_img_1644261522491


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki