image-qanunla-reklam
image-384543850_698408245079593_2670396325618978355_n

27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl

image-lady-day-az

27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl.

4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildiyi gündür. Məhz bu tarixdə Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalandırılıb. 27 sentyabr 2020-ci il tarixində düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əks-hücuma keçərək uzun illər davam edən işğala 44 gün ərzində son qoydu. Dövlət-xalq birliyindən güc alan qəhrəman ordumuz  işğalda olan torpaqlarımızı azad etməklə, xalqımıza qürur yaşatdı, haqq-ədaləti bərpa etdi. Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Cəbrayıl rayonunun işğalı nəticəsində maddi-mədəni abidələrimiz dağıdılmış, məqbərələr, türbələr, qalalar, məscidlər məhv edilmişdir.

Doğma torpaqlarımızın öz əzəli sahiblərinə geri qaytarılması bizim şərəfli tariximizdir. Azərbaycan xalqı tarixinin ən şərəfli günlərini yaşayır və bu şərəfli günlərdən biri də 4 oktyabr – Cəbrayılın işğaldan azad edildiyi gündür.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Xudafərin körpüsündə bayrağımızın dalğalanması.

Cəbrayıl rayonu kiçik Qafqaz dağlarının cənub-şərqində Araz çayının sol sahilində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Araz boyu çox məhsuldar torpağı olan – Mərcanlı, Soltanlı kəndləri yerləşir. Rayonun mərkəzi isə Cəbrayıl şəhəridir.

Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri ilə çox zəngin rayonudur. Azərbaycanı və İranı birləşdirən Araz çayının üzərində salınan məşhur Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu öz əksini tapır. Tarixən Azərbaycanın şimal və cənubunu birləşdirən Xudafərin körpüsü haqqında ilk məlumat VIII –IX əsrlərə aiddir. 2-ci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi əks-hücum əməliyyatları nəticəsində 27.09.2020-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad olundu. 2-ci Qarabağ müharibəsində Azərbaycanın böyük qələbəsindən sonra 2020 – ci il tarixində noyabrın 16 – da Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və xanımı Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş Cəbrayıl rayonuna gəlmiş, Cənab Prezidentimiz Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırmışdı. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin başçılığı altında işğaldan azad olunmuş digər torpaqlarımız kimi Cəbrayıl rayonunun da böyük bərpa və quruculuq işləri aparılır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi.

Oktyabrın 4-də Azərbaycanın Cəbrayıl rayonunun Ermənistanın işğalından azad olunmasının üçüncü ili tamam olur və həmin gün biz həm də Cəbrayıl şəhəri gününü qeyd edəcəyik. Düz üç il əvvəl Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin başçılığı ilə qəhrəman Azərbaycan Ordusu Cəbrayıl rayonunu düşməndən azad etdi. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Qəhrəman övladlarımızın şücaəti nəticəsində 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində MehdiliÇaxırlıAşağı MaralyanŞəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edilmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra azadlığa qovuşdu və ordumuz əlverişli mövqelər əldə edərək Xocavənd rayonunun cənub kəndləri və Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirmək üçün geniş imkanlar qazandı. İşğal dövründə ermənilər Cəbrayıl rayonunda böyük, ağlasığmaz dağıntılar törətdilər. 1050 kv.km ərazisi olan rayon və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd, həmçinin 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki işğal zamanı vəhşicəsinə dağıdıldı. 52000 nəfər Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmağa məcbur oldular. Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil oldu.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva 2021-ci il noyabrın 16-da işğaldan azad olunmuş Cəbrayıl rayonuna gəldilər. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Bu rayonun ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltması isə böyük tarixi və siyasi əhəmiyyətli hadisələrdən biri idi. Çünki xalqımızın tarixində və qan yaddaşında dərin iz buraxan Xudafərin körpüsü həm də milli qürur mənbəyimizdir.

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki