image-qanunla-reklam
image-coe-building

22 yanvar AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir

image-lady-day-az

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış yarım-sessiyasının açılış günündə (22 yanvar) AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir.

BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin zəbt olunmuş ərazilərimizdən qeyd-şərtsiz geri çəkilmələrini özündə ehtiva edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Halbuki Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycanla bağlı qəbul olunmuş qətnamələr 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Münaqişənin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri isə Ermənistanı sülhə məcbur etmək üçün əməli addımlar atmadılar. Dövlətimizin başçısının dediyi kimi, Ermənistanın məqsədi status-kvonu qorumaq və işğalı möhkəmləndiməkdən ibarət idi. Bütün bunlara görə işğalçı ölkəyə qarşı heç bir sanksiya tətbiq olunmadı. 30 illik işğal dövründə işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında fərq qoyulmadı, hətta işğalçıya daha çox dəstək verildi. Və bu yanaşma işğalçı Ermənistanın daha da aqressivləşməsinə zəmin yaradırdı. Nəhayət, 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsi ilə Azərbaycan işğala son qoydu. 44 gün davam edən müharibənin məsuliyyəti təkcə işğalçı Ermənistanın deyil, işğalçıya dəstək verən, işğal siyasətinə göz yuman beynəlxalq birliyin də üzərinə düşür. Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməyən ermənipərəst ölkələr artıq ermənilərin özlərindən daha çox “erməniləşmiş” addımlar atmağa başlayıblar. AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən ermənipərəst mövqeyini bir daha sərgiləyib. Bunu sübut edəcək faktlara nəzər salaq:  Frank Şvabe təşəbbüsü irəli sürərəkən çıxışında “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması, AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib.

Həmçinin, AŞPA 23 oktyabr 2023-cü ildə “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində açıq-aşkar Azərbaycan təhdid edilir, 19 sentyabrda baş tutan lokal xarakterli antiterror əməliyyatları hərbi əməliyyatlar kimi qiymətləndirilir, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyət”indən ciddi narahatlıq ifadə edilir və ölkəmiz nümayəndə heyətinin etimadnaməsinin 2024-cü ilin ilk iclasında tanınmamayacağı ilə hədələnir. Eləcə də ötən ildə AŞPA missiyalarının Azərbaycana səfər cəh AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən, guya ki, bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də, əsas səbəbin Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir.dləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib. AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul edib. AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən, guya ki, bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də, əsas səbəbin Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir. Bütün bunlar da onu deməyə əsas verir ki, AŞPA da Avropa Parlamenti kimi Fransanın alətinə çevrilib. Fransa öz daxili gündəliyini Avropa təsisatlarına daşımaqla Azərbaycan əleyhinə cəbhələr formalaşdırır. AŞPA-nın bu qərarı və Qərbdə ölkəmiz əleyhinə yenidən süni canlandırılan proseslər Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinin “bədəli”dir.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

Azərbaycan sülh istəyir.

II Qarabağ savaşı Qələbə ilə başa çatdı. Azərbaycan öz torpaqlarını dünyanın gözü qarşısında əsgərinin gücü, hərbi potensialı ilə işğaldan qurtardı. Azərbaycan həmişə sülh istəyib. Hətta  üçtərəfli bəyanat imzalandıqdan sonra sıra sülh müqaviləsinə gəldikdə Prezident cənab İlham Əliyev çıxışlarında bunu dəfələrlə vurğuladı  ”Biz istəyirik, Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birlərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir”.   Sülh müqaviləsi nədir? Hər iki xalq arasında da münasibətləri yoluna qoyan; onlara dil tapıb bir coğrafiyada yaşamaq şansını yaradan bir sənəd. Azərbaycanın sülh üçün konkret təklifləri də vardı. Bunu Prezident İlham Əliyev çıxında belə əsaslandırmışdı: ”Sülhə nail olmaq üçün ölkəmizin konkret təklifləri masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Bu cür sülh Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq”. Ermənistanın bu əməkdaşlıqdan qazanacağı aydın şəkildə belə təhlil olunurdu. Azərbaycanın coğrafi mövqeyi, təbii resursları, regional üstünlüyü, beynəlxalq əməkdaşlıqda əsas rol oynayan dövlətlərdən biri olması qonşu dövlət kimi Ermənistana da qazanc vəd edir. Məlumdur ki, Ermənistan təcavüzkar mövqeyi ilə uzun illər özünü bölgədə təcrid vəziyyətində saxlayıb. Nəticədə aqibəti iqtisadi gerilik, kasıb ölkəyə çevrilmək olub; Əhalisi ayrı-ayrı ölkələrə miqrasiya edib; Yaxud immiqrasiya vəziyyəti ilə üzləşib. Üstəlik, II Qarabağ savaşında uduzdu, böyük əsgər itkisi yaşadı, çox sayda hərbi texnikasını itirdi, başqa sözlə, bütün gücünü əldən verdi. Belə bir dövlətin sülh müqaviləsi məsələsində nümayiş etdirdiyi ləngliyi, qeyri-müəyyənliyi başa düşmək olmur və suallar yaranırdı: Ermənistan hansı imkanlarına güvənir? Yaxud kimə güvənir? Bu, o deməkdir ki, Ermənistan siyasiləri nə ölkələrinin, nə də insanlarının taleyini, gələcəyini düşünürdü.  Əksinə, başqa xəyallar qurur və bu xəyallarla özünü sülh imkanlarından uzaqlaşdırırdı. Bu yerdə ortaya istər-istəməz belə bir sual da çıxır: Əgər Ermənistan sülh müqaviləsini imzalamaq istəməsə, nə baş verəcək?     Prezident İlham Əliyev məsələnin məhz bu məqamına da cavabını qətiyyətlə vermişdi: “Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək”. Bəli, Azərbaycan sülhpərvər imicini sona kimi qoruyub saxlayan dövlətdir. Ermənistan isə sülh müqaviləsinə laqeyd münasibəti ilə, revanşist cəhdlərini,  özünün təcavüzkar, yırtıcı, barış istəməyən imicini qoruyub saxlamaqda davam etdirirdi. Və Azərbaycan öz siyasətini  ermənilərin  atdıqları addımlara uyğun şəkildə tamamladı. 2023-cü il aprelin 23-də ölkəmiz Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratmaqla ərazi bütövlüyünü, 19-20 sentyabr tarixlərində keçirilmiş 24 saatlıq antiterror tədbirləri nəticəsində isə öz suverenliyini bərpa etdi.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki