image-qanunla-reklam
image-ictimai_6736493625cbc414d31766e1c2a98799_3inewha68p975c1xyru2-620x460

“ZZ Mental Academy” rəhbəri Zibər Zalova mukafata layiq görülüb

image-lady-day-az

Rich Events Group” tərəfindən təşkil olunan “Miss Mister Of Azerbaijan 2025” yarışmasının finalında “Rich Person Awards 2025” mükafatı sahiblərinə təqdim edilib.

Mükafatlandırma gecəsində fərqlənən, yadda qalan, peşəkar şəxslər və şirkətlər mukafatlandırılıb. Mental arifmetika və oxu təlimi üzrə mütəxəssis Zibər Zalova “Rich Events Group” şirkətinin təkilatçılığı ilə “Rich Person Awards 2025” layihəsində “İş Xanımı” nominantına layiq görülüb. Həmçinin “Miss Mister Of Azerbaijan 2025” yarışmasının finalında “Münsif” olaraq iştirakına və göstərmiş olduğu dəstəyə görə təltif olunub.

“ZZ Mental Academy” tədris mərkəzi mental arifmetika, oxu təlimi tədrisləri üzrə fəaliyyət göstərir və direktoru Zibər Zalovadır. Tədris mərkəzi kalkulyatorsuz sürətli hesablamalar, yaddaşın, diqqətin və məntiqin inkişafı, özünə inamın və dərs uğurlarının artması, oxu texnikasının və mətnin mənasını anlama bacarığının inkişafı üzrə tədris edir.

Zibər Zalova müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Mütəxəssis və iş xanımı olaraq müxtəlif mükafatlara layiq görülüb.

“KHAZINA International Awards 2025” və “Selected People Awards 2025” layihələrində nominasiyalar üzrə mukafatlandırılıb.

image-2b567f34-2d96-4fab-ac27-9a70ae010800


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki