image-qanunla-reklam
image-media-e577090091f6462f8fb69f6e083a6c4e_1025335-fva3n2lgoicem7kxpb9q

Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var

image-lady-day-az

Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var

Düz 40 il bundan öncə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü iyulun 4-də Xankəndidə keçirildi. Türk və İslam dünyasının Azərbaycanın Zəfər zirvəsinin simvollarından olan, nadir tarixi və mədəni irsi təcəssüm etdirən gözəl qədim Qarabağ torpağında – Xankəndidə toplaşması isə təsadüfi deyildi.

Dövlət başçımızın bəyan etdiyi kimi, Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. “Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim. Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir”.

“Konstitusiya və Suverenlik İli”ndə Azərbaycanın türk-islam birliyinin qüdrətini Xankəndidə nümayiş etdirməsi geosiyasi məzmun daşımaqla bərabər, gələcək quruculuq və inkişaf təşəbbüslərinin bu bölgədən çıxacağına həm də bir işarədir.

Bu görüş regional münasibətlərdə bir sıra məsələlərin həlli yollarının müzakirəsi, geniş və çoxşaxəli əməkdaşlığın möhkəmlənməsi və geosiyasi proseslərin fonunda sülh və rifah quruculuğuna dayanıqlı töhfələrin verilməsi baxımından mühüm əhəmiyyət kəsb etmiş oldu.

Azərbaycan Prezidentinin ECO Zirvə görüşündə çıxışı zamanı bəyan etdiyi dəyərli fikirləri ilk növbədə, Qarabağ və Şərqi Zəngəzurun formalaşan yeni reallıqların detallı təqdimatı kimi xarakterizə oluna bilər. Cənab Prezident Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini 30 ilə yaxın işğal altında saxladığı müddətdə həyata keçirdiyi etnik təmizləməyə, bir milyondan artıq soydaşımızın didərgin düşərək yaşadığı acınacaqlı həyata diqqət çəkərək Azərbaycan xalqının heç vaxt işğalla barışmadığını, sülh danışıaqlarına məhəl qoymayan Ermənistanın layiqincə cəzalandırılmasını xatırlatdı.

Bu xatırlatma da təsadüfi səslənmədi. Dövlət başçısı 2020-ci ildə 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü təkbaşına həll edən Azərbaycanın 30 ildə məruz qaldığı erməni vandallığının izlərini yada salmaqla, misli görünməmiş bu vəhşiliyin həm də İslam  dəyərlərinə yönəlmiş təhqir kimi qiymətləndirdi. Bu, eyni zamanda, Qarabağdakı 67 məsciddən 65-ni dağıdan, donuz və inək tövləsi kimi istifadə edərək bütün müsəlman aləminin müqəddəs dəyərlərinə qarşı hörmətsizlik və təhqirlə yanaşan Ermənistanın simasını, arxasında dayanan güclərin İslama olan mənfur niyyətlərini də təzahür etdirir. Bu, həm də Ermənistanın vandalizm aktına hələ də laqeyd qalan, bunu görməzlikdən gələn bir sıra dövlətlərə və beynəlxalq təşkilatlara ismarışdır.

Xankəndindən verilən mesajlarda həmçinin, Azərbaycan dövlətinin son beş ildəki iqtisadi qüdrətinə, inanılmaz quruculuq əzmkarlığına da diqqət yönəldildi. Qısa müddətdə “Böyük Qayıdış” Proqramının icrasında misilsiz uğurlara imza atan Azərbaycanını azad edilmiş ərazilərdə 50 mindən çox insanın əbədi səadətini, rifahlı yaşayış qurması həqiqətən də nəhəng fəaliyyətin nəticəsidir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki