Zərdabi işığında…
Bu gün daha bir əlamətdar günə, böyük mütəfəkkir, təbiətşünas alim, jurnalist, pedeqoq Həsənbəy Zərdabinin əsasını qoyduğu ” Əkinçi” qəzetinin 147- ci yaşına şahidlik edirik. 1875-ci ildə Azərbaycanı nura boyayan ” Əkinçi ” adlı bir günəşin doğması ilə Milli Mətbuatımızın əsası qoyulmuşdur. Hər il istər Həsən bəy Zərdabinin doğum günü, istər anım günü, istərsə də Mİlli mətbuatımızın yarandığı gün Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində sərgilər təşkil olunur, müxtəlif formalı tədbirlər keçirilir, dahi şəxsiyyətin irsi , fəaliyyəti təbliğ olunur. 21 iyul 2022 – ci il tarixdə də Zərdab rayon Mərkəzi Kitabxanasının əməkdaşları tərəfindən şüaları ilə bütün sahələri ağuşununa alan o günəşin doğum gününü qeyd etmək üçün Həsənbəy Zərdabinin xatirə muzeyində “Zərdabi işığında” adlı tədbir təşkil edildi. Tədbirdə fəaliyyəti sadalamaqla bitməyən,bir çox ilklərin əsasını qoymuş Həsən bəy Zardabi hörmətlə anılaraq, onun min bir əzab- əziyyətlə ərsəyə gətirdiyi ” Əkinçi” qəzetinin tarixindən danışıldı. Bugünki milli mətbuatımızın sələfi kimi hər zaman təbligata ehtiyacı olduğu xüsusi olaraq vurğulandı. Həsən bəy Zərdadi irsini özündə əks etdirən fotostendlə bağlı muzeyin əməkdaşları məlumat verdi, tədbir iştirakçıları görkəmli şəxsiyyətin Azərbaycanımız üçün etdiyi danılmaz fəaliyyətindən ağızdolusu danışdı. Maraqlı keçən tədbir əməkdaşların xatirə muzeyinin həyətində yerləşən , Həsənbəy Zərdabinin büstü qarşısında xatirə şəkili çəkdirməklə sona çatdı. İnanırıq ki,insanları savadlanmağa, təhsil almağa səsləyən dahi insanın ruhu bu gün şaddır. Hər evdə, hər ocaqda Zərdabi qələmindən süzülən bir ziya vardır. O ziya,o ocağı işıqlandırır və daima işıqlandıracaqdır! Son olaraq Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi adından Milli Mətbuat Günü ilə əlaqədar başda Əkinçi qəzetinin əməkdaşları olmaqla mətbuatımızın inkişafında rolu olan bütün jurnalistləri təbrik edir,fəaliyyətlərində uğurlar diləyirəm!
Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
























