image-qanunla-reklam
image-279255105_2252198638271037_5562924022635943213_n

Zərdabda “ ZƏRİFƏ ƏLİYEVA ÖMRÜNÜN İŞIĞI ” mövzusunda tədbir keçirilib-FOTO

image-lady-day-az
Zərdab rayon İcra Hakimiyyəti və Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 28 aprel Zərifə Əliyevanın xatirəsinin anım günü ilə bağlı “ ZƏRİFƏ ƏLİYEVA ÖMRÜNÜN İŞIĞI ” mövzusunda tədbir keçirilib.
Qanunla.Az xəbər verir ki,tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini Xəyalə Veyisova,icra Aparatının məsul şəxsləri, Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova,YAP-nın Zərdab rayon təşkilatının üzvləri,ictimaiyyət nümayəndələri,mədəniyyət işçiləri və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İcra başçısının müavini Xəyalə Veyisova bildirib ki,Zərifə xanım özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş etmiş, ən ağır, mürəkkəb əməliyyatlar aparmış, görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırmışdı. Bu işdə ona təkcə biliyi, savadı və səriştəsi deyil, həm də gendən və böyüdüyü ailədən irəli gələn yüksək keyfiyyətlər dəstəkçi olurdu. Doğulub boya-başa çatdığı mühitin onun taleyində böyük rolu olmuşdur. Zərifə xanım Əliyeva atasının – görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Əliyevin yolunu davam etdirmişdi. Azərbaycan səhiyyə sisteminin inkişafında misilsiz xidmətləri olan Əziz Əliyev yüksək intellekti ilə onu əhatə edənlərin dərin rəğbət və hörmətini qazanmışdı. O, özünün şəxsi nümunəsi ilə övladlarına mübariz olmağı aşılamış, gələcəyə ümid, inam bəsləməyi öyrətmiş, hər zaman hamıya xeyirxah, qayğıkeş münasibətdə olmağı tövsiyə etmişdi. Əziz Əliyev möhkəm iradəyə, böyük təmkinə malik güclü şəxsiyyət idi. Həyatının bütün mürəkkəb mərhələləri əslində onun övladları üçün həyat məktəbi idi. Belə bir ailədə böyüyən Zərifə xanım təbii ki, səmimiyyəti, zərifliyi, insanlara olan sevgisi ilə fərqlənirdi. Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimilik, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təcəssümünü tapmışdı.Zərifə xanım, eyni zamanda, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım, eyni zamanda, qayğıkeş ana idi. İncə təbiətli, bu kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin inam və etibarını hər addımda doğrultmuşdu. Ən ağır və təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını bir an belə tək qoymamış, onun dayağına çevrilmişdi.

Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova çıxış edərərək bildirib ki,Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün nümunə olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılmış və bundan sonra da yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Daha sonra tədbir iştirakçıları H.B.Zərdabi ev muzeyinin direktoru Vəfa Bayramova,həkim oftalmoloq Esmira Tağıyeva,“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli,gənc könüllü Humay xanım Zərifə Əliyevanın həyat və yaradıcılığından geniş bəhs ediblər.
Həmçinin tədbir iştirakçıları Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə hazırlanıb nümayiş olunan Zərifə xanım Əliyevanın keçdiyi ömür yoluna həsr olunan “NUR SAÇAN ÖMÜR” başlıqlı sərgi ilə tanış olublar.
Qanunla.Az   Vüqar Rəhimov
image-279253583_2252198604937707_9140653953238110061_nimage-279255105_2252198638271037_5562924022635943213_nimage-279285692_2252198764937691_5086892348402395197_nimage-279263120_2252198788271022_1659586939400683974_nimage-279322468_2252198831604351_4948696442752091741_nimage-279307744_2252198884937679_8560387918629709393_nimage-279315597_2252198941604340_3701903870188666379_nimage-279322717_2252198978271003_985815557346574296_nimage-279265310_2252199021604332_1504220132396947012_nimage-279292187_2252199081604326_4338481369315574380_nimage-279345491_2252199161604318_3282707892633049904_nimage-279278313_2252199198270981_880976880741383153_nimage-279336742_2252199238270977_3363115391208064272_nimage-279236462_2252199278270973_29699933434678457_nimage-279303786_2252199324937635_3133886998069176614_nimage-279368769_2252199368270964_6042321917142752862_nimage-279338655_2252199421604292_1098699219433577524_nimage-279275446_2252199491604285_1414625945178027620_nimage-279295235_2252199591604275_6577742845926873492_nimage-279300349_2252199631604271_693840671542146257_nimage-279271397_2252199678270933_8697700232256125939_nimage-279284998_2252199724937595_3352112159199968782_nimage-279288123_2252199784937589_4323256901630731714_nimage-279283607_2252199901604244_8840629877113728489_nimage-279350528_2252199958270905_7156235292840926850_nimage-279290142_2252199994937568_4927043875623805638_nimage-279287546_2252200054937562_4706698803979750090_nimage-279354911_2252200111604223_6291304481925072870_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki