image-qanunla-reklam
image-271850515_1099011350864063_249384288384636531_n

Zərdabda Vətən müharibəsi şəhidinin ad günü məzarı önündə qeyd olundu-FOTO

image-lady-day-az

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Zərdab rayonunun  Məlikumudlu  kəndindən olan Cəbrayıllı İbrahim Raqub  oğlununun ad günü qəbiristanlıqda məzarı önündə qeyd olunub.

Qanunla.Az xəbər verir ki,bu münasibətlə Zərdab  Rayon İcra Hakimiyyətinin başçısının müavini Xəyalə Veyisova, Icra Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, İcra aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının əməkdaşları,SHXÇDX-nın Zərdab rayon şöbəsinin rəis müavini, Gənclər və idman idarəsinin əməkdaşları,YAP-nın Zərdab rayon təşkilatının üzvləri, İctimayyət nümayəndələri şəhidin məzarını ziyarət etmiş, üstünə gül-çiçək dəstələri düzüb ruhuna dualar oxuyublar.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısının müavini Xəyalə Veyisova  şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Həmçinin, bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad edib. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.

Şəhidin ailə üzvləri və yaxınları çıxış edərək, hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  və Rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qanunla.Az   Vüqar Rəhimov

image-271941673_373146390812344_5717596546877807373_nimage-271949799_1567075807006377_2913909989843549134_nimage-271850515_1099011350864063_249384288384636531_nimage-272217365_304289138400947_7941385202718444843_nimage-272188639_327088792664197_762112665077757329_nimage-272449080_357001125972893_5940282854100833580_nimage-272123261_603269444448123_8454019924857088064_nimage-271916410_3028838430708427_4576696334652224639_nimage-272263011_884736325540333_8249915252321728504_nimage-272200334_264422969091117_8838941470095528336_nimage-258879233_440317887777071_8443073182946303497_nimage-272021306_985319442192121_2787163643131563113_nimage-272662763_356806522660353_8759074507819092420_nimage-271908015_7584529484897866_1878223065713585398_nimage-247873740_1091388351680642_8425402421293203070_nimage-271854413_1134292194048439_1083620157181778662_nimage-272747892_1283620168815213_7814953231186972662_nimage-259071577_668651351245206_7854016083410426061_nimage-272213820_666675274476680_3370096468040548734_nimage-271924939_678378043189739_192639042420946989_nimage-272724454_390381459522361_6059789408937736832_nimage-273052686_311623621015442_5037858835716658280_nimage-272147146_1266031753921212_140755094761028167_nimage-271718429_401467678444879_938398248257933200_nimage-247858724_3004611976418182_7426337504125223810_nimage-256660871_3235837263318396_5888336872153281210_nimage-272926590_486557039768413_1937089081931922973_nimage-272468848_710592620320305_6485123983557388520_nimage-272347437_4414754521963737_7497163157681367050_n

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki