image-qanunla-reklam
image-media-271752977_815200289279057_6987647299610477596_n-20li7zxwmygbe5tpj4vr-300x225

Zərdabda Vətən müharibəsi şəhidi gizir Faiq Vəlizadənin ad günü qeyd olunub-FOTO

image-lady-day-az

Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Zərdab rayon Alıcanlı kənd sakini gizir Vəlizadə Faiq Bayraməli oğlunun doğum günü uyuduğu  Alıcanlı kənd qəbiristanlığındakı  məzarı yanında anılıb.

Qanunla.Az xəbər verir ki,anım mərasimində rayon İcra hakimiyyəti başçısının müavini Xəyalə Veyisova, Rayon İcra Hakimiyyəti Aparatının vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsinin zabiti Fariz Mustafayev,İcra hakimiyyətinin məsul şəxsləri,  şəhidin ailəsi, müharibə iştirakçıları,qazilər,kənd sakinləri mövcud pandemiya qaydalarına riyayət edərək, şəhidin məzarını ziyarət edib, ruhuna ehtiramlarını bildiriblər.

Rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Veyisova  şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açaraq rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etmişdir.

O, 25 yaşı tamam olan şəhid gizir Faiq Vəlizadənin  keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdilər.

Şəhidin atası bu gün şəhid oğlunun ad günündə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə ailəsi adından təşəkkürünü bildirdi.

Qeyd edək ki,Vəlizadə Faiq Bayraməli oğlu 1997-ci il fevral ayının 1-də Zərdab rayonunun Alıcanlı kəndində anadan olmuşdur. Vəlizadə Faiq də 44 gün davam etmiş Vətən müharibəsinin ilk günündən – sentyabrın 27-dən erməni təcavüzünün qarşısını almaq üçün başlanan əks-hücum əməliyyatlarında iştirak etdi. Bir çox ağır döyüşlərdə iştirak etdi. O, başa düşürdü ki, döyüşlər zamanı öz təcrübəsini və hərbi biliyini gənc hərbçilərə öyrətməklə bərabər, onlarının həyatı üçün də cavabdehdir. Onun sonuncu döyüşü Suqovuşanda oldu. Suqovuşan uğrunda gedən döyüşlərdə Vəlizadə Faiq Bayraməli oğlu, 16 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid oldu. Onun cənazəsi doğulub boya-başa çatdığı Zərdab rayonunun Alıcanlı kəndinə gətirildi. Böyük izdihamla, 22 oktyabr 2020-ci ildə Alıcanlı kənd qəbristanlığında dəfn edildi. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən şəhid gizir Vəlizadə Faiq Bayraməli oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Qanunla.Az Vüqar Rəhimov

image-272396435_636877060899872_1888804456370003520_nimage-272021604_484576563282844_1232769685580155123_nimage-271828253_1323206268102625_4000526765730035996_nimage-272204475_3035672910004070_704589502442735745_nimage-272040681_651301402752405_2901896346835530033_nimage-271852534_339738307865791_2192285561995179167_nimage-272662159_662012994953071_1696531827977084580_nimage-272328156_645418399840228_3101304886368368218_nimage-271794524_627214888533218_2034468835551567600_nimage-272143468_1530579303970306_8019233627843380501_nimage-271800543_4738380722884172_179095365397312300_nimage-272651222_935062564041435_6683706612706519503_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki