image-qanunla-reklam
image-52

Zərdabda Vətən müharibəsi iştirakçılarına medal və vəsiqələr təqdim edildi-FOTOLAR

image-lady-day-az

Torpaqlarımızın işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə medal və vəsiqələrlə təltif olunublar.Vətən müharibəsi iştirakçılarına  medal və onların vəsiqələrinin təqdim edilməsi münasibəti ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsində  tədbir keçirilib.

Qanunla.Az xəbər verir ki,tədbirdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsinin rəisi polkovnik leytenant Asif Əhədov, Vətən muharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri polkovnik leytenant  Zinhar Bayramov,  Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları iştirak ediblər.

İlk öncə Vətən torpaqlarının işğaldan azad olunması uğrunda həlak olmuş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsinin rəisi, polkovnik leytenant Asif Əhədov Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyib, belə qəhrəman övladlar yetişdirdikləri üçün ailələrinə minnətdarlığını bildirərək hər zaman onların yanlarında olduqlarını vurğulayıb.

Rayon üzrə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş, şəhid olmuş, Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif edilmiş 14 nəfərə verilən medal və onların vəsiqələri təltif olunanların özlərinə və şəhid gizir Ağayev İlkin Tehran oğlunun övladına təqdim edildi.

Səmimi keçən görüşün sonunda şəhid ailələri  və müharibə iştirakçıları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Vətən müharibəsi iştirakçıları ”Suqovuşanın azad olunmasına görə”,”Ağdamın azad olunmasına görə”,”Laçının azad olunmasına görə” və ”Qubadlının azad olunmasına görə” medal və vəsiqələrlə təltif olunublar.

image-244544166_415602109928311_465182680393929862_n

 

image-244506040_340594994510606_3634937296658782302_n

image-244537612_619787442515379_97244839878739057_n

image-244542024_288365796232515_1721176018869496524_n

Qanunla.Az

Vüqar Rəhimov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki