image-qanunla-reklam
image-273765052_341042614571766_7585068133934963103_n

Zərdabda şəhid gizir Nurlan Abdullazadənin ad günü qeyd olunub FOTO-VİDEO

image-lady-day-az

Zərdabda şəhid gizir Nurlan Abdullazadənin ad günü qeyd olunub.

Qanunla.Az xəbər verir ki, Zərdab rayonunun Böyük Dəkkə kəndi sakini, 2016-cı ilin aprel ayında şəhidlik zirvəsinə yüksələn gizir Abdullazadə Nurlan Rasim oğlunun  ad günü şəhidin məzarı önündə və evində, rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Veyisova,YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev ,Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov,Təhsil şöbəsinin müdiri Gülağa İsgəndərov,SHXÇDX-nın Zərdab rayon şöbəsinin əməkdaşı,Gənclər və idman idarəsinin əməkdaşları, İctimayyət nümayəndələri ilə birlikdə qeyd olunub.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Veyisova şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etmişdir.Həmçinin, bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad edib. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.

Mərasimdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev şəhid Nurlan Abdullazadənin  keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edildiyin,Zərdabda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunması rayon rəhbərliyinin daima diqqət mərkəzində olduğunu bildirdi.

Şəhidin atası bu gün şəhid oğlunun ad günündə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə ailəsi adından təşəkkürünü bildirdi.

Qeyd edək ki,şəhid Nurlan Abdullazadə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Qanunla.Az  Vüqar Rəhimov 

image-273635081_1097662934406406_7410411712410960358_nimage-273765052_341042614571766_7585068133934963103_nimage-273663295_467048258311031_9024835975928773012_nimage-273794731_1117228152387815_6951726611411545136_nimage-273472877_1396183880843801_4573374256848615031_nimage-273675048_361481365539013_282273649973930075_nimage-273667441_296728302449807_288677092086870107_nimage-273599240_340319501344938_6967183193280385952_nimage-273880648_242909041260109_8291917515826108988_n-1image-273783507_494181275435541_1380801000567377979_nimage-273569945_480360510147183_128000944546186501_nimage-273561053_3106545356329270_1851342586359589961_n-1image-273752844_734002574291248_4227706101196551318_nimage-273820321_667867297685691_1295881718933721632_nimage-273693824_370527524498826_4298554976695378934_nimage-273628594_1027009178027116_8216313244960454322_nimage-273600852_521372919305836_5715418784047625680_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki