Azərbaycanın hərb tarixinə Vətən müharibəsi döyüşləri kimi yazılan qələbəmizdən 1 il ötür.
Həmin döyüşlərdə qələbə qazanmaqla yanaşı, biz şəhidlər də verdik. Şəhidlik zirvəsinə ucalıb adını tarixə yazdıran, ölümsüzlüyə qovuşan şəhidi baş leytenant Ağaqardaş Abbasovun 1-ci ildönümüdür.
Qanunla.Az xəbər verir ki, Zərdab Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə və Millət vəkili Jalə Əliyeva,Millət vəkili Razi Nurullayev,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab bölməsinin rəisi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidimizin ildönümü münasibətilə şəhidin ailə üzvləri ilə birlikdə şəhidimizin məzarını ziyarət edib. Şəhidin məzarı önünə gül dəstələri düzərək ruhlarına dualar oxunub.
İcra başçısı Mərdan Camalzadə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini və qəhramanlarımızın qanının yerdə qalmadığını bildirib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edildiyini, rayonda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunması qeyd olundu. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində, şəhidlərimizin qanı, qazilərimizin canı hesabına 30 illik həsrətə son qoyulmuşdur.
Tədbirdə iştirak Millət vəkili Jalə Əliyeva Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və qələbə ilə nəticələnən vətən müharibəsində qanları ilə tarix yazan Azərbaycan əsgərinin şücaətindən söz açaraq şəhidlərimizin qəhrəmanlıqlarını əks etdirən fikirlərini bildirib.Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində torpaqlarımız mənfur düşmən işğalından azad edildi. Ölkəmizin ərazi bütövlüyü təmin edildi.Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Qeyd edək ki,Vətən müharibəsi şəhidi baş leytenant Abbasov Ağaqardaş İlham oğlu 1992-ci il sentyabrın 28-də, Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olmuşdur.
Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.





























Vüqar Rəhimov



















