image-qanunla-reklam
image-294731269_331577135736476_6690592399787446065_n-1

Zərdabda Milli Mətbuat Günü qeyd olundu – FOTOLAR

image-lady-day-az

Qanunla.Az xəbər verir ki, Zərdab rayon Icra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Milli Məclisin deputatı Jalə Əliyeva, YAP-nın Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, icra başçısının müavinləri, RİH-nin məsul şəxsləri, Gənclər və idman idarəsinin rəisi, ziyalılar, eləcə də mətbuat nümayənədələri ilə birlikdə 22 iyul Milli Mətbuat Günü münaisbəti ilə H.B.Zərdabinin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə və Millət vəkili Jalə Əliyeva KİV-nin nümayəndələrini təbrik ediblər.

Daha sonra tədbir iştirakçıları mətbuatın banisi H.B.Zərdabinin ev muzeyini ziyarət ediblər.Muzeyin direktoru Vəfa Bayramova H.B.Zərdabinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

Icra Hakimiyyətinin başçısı tərəfindən Milli Mətbuatın yaranmasının 147-ci ildönümü münasibətilə bir qrup KİV-nin əməkdaşları mükafatlandırılıb.

Qeyd edək ki, 147 il öncə – 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Növbəti mərhələ isə AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 147 yaşlı mətbuatın 70 ili bu kommunist dikaturası dövrü ilə bağlıdır. Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq yasaqlanmışdı. 1980-ci illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb.

 

Vüqar Rəhimov  Qanunla.Az 

 

image-fb_img_1658482035977 image-fb_img_1658482038869

image-294218287_564828078694643_6310487168263727844_nimage-295244443_1012476386085113_2518058103308620563_nimage-294633816_461448235406624_1102599558711957714_nimage-294731269_331577135736476_6690592399787446065_n-1image-295100154_598103975009825_334497891596351445_nimage-294827922_731683504562068_953385407712581647_nimage-294483692_1407904913022592_4078142816988375321_nimage-294310869_768313494196952_7973179743338867835_nimage-294298248_754023765807000_2167924314462784141_nimage-294323073_460047775939822_1725898565561828094_nimage-294353080_818343176207723_4586149443513571363_nimage-294787217_419395446918156_6564546342935959756_nimage-294879734_582804760142152_8102556457765886581_nimage-295121145_716224579548177_2553280585517078013_nimage-294427162_469327418338540_8266186314631753972_nimage-294406545_499898031686571_7052123563417776200_nimage-294558313_4686923214740879_1354110951324479204_nimage-295310876_758161992171108_3623690640227530792_nimage-294860158_425934706220335_7638407848086318757_nimage-294901598_572161071040885_4578250996279238977_nimage-294827397_547526860399005_324832090362869024_nimage-294334419_898522840989184_2883387579222952697_n

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki