Zərdabda aztəminatlı, şəhid və qazi ailələlərinə bayram sovqatı paylanılıb.
Qanunla.Az xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın aztəminatlı, şəhid və qazi ailələrinin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərə müvafiq olaraq Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyev tərəfindən Novruz bayramı ilə əlaqədar Zərdab rayonuna göndərilmiş ərzaq bağlamaları Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən aztəminatlı, valideyn himayəsindən məhrum uşaqlara, şəhid və qazi ailələrinə çatdırılması təmin edilmişdir. Bayram sovqatı verilmiş hər bir ailə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.






























Qanunla.Az Vüqar Rəhimov



















