Mayın 25-də Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev və milli qürur günümüz 28 May” mövzusunda onlayn tədbir keçirildi.
Onlayn tədbirdə Ağdaş Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab, Ucar, Göyçay və Ağdaş rayon Heydər Əliyev Mərkəzlərinin direktor və əməkdaşları, həmçinin Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov iştirak etdilər.
Onlayn tədbiri giriş sözü ilə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova açaraq bildirdi ki, “Heydər Əliyev və milli qürur günümüz 28 May” mövzusundakı onlayn tədbir Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr olunub. Könül xanım çlıxışına davam edərək Sizi qarşıdan gələn Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu gün xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olundu. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu-deyə qeyd etdi.
Könül xanım qeyd etdi ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. 1918-ci ilin mayından 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını-azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. Bu yolda şəhidlər verdi, lakin yolundan dönmədi. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinəşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlandı.
Könül xanım çıxışında onu da vurğuladı ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu uzun müddət müzakirə ediləcək. Çünki Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu hər zaman tədqiqatlar mövzusu olacaq. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır.
Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova çıxış edərək vurğulayıb ki, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından artıq 101 il ötür. 28 may 1918-ci ildə öz müstəqilliyini elan edən Azərbaycan dövləti mövcud olduğu 23 ay ərzində bir çox tarixi əhəmiyyətli işlər həyata keçirdi. Azərbaycan Demokratik Respublikası süquta uğrasa da 1918-ci ildə onun Azərbaycana əkdiyi müstəqillik toxumu XX əsrin son on illiyində yenidən cücərib üzə çıxdı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Beləliklə, XX əsrdə Azərbaycan ikinci dəfə siyasi müstəqillik əldə etdi. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızın müstəqilliyi məhv olmaq təhlükəsindən qurtuldu. M.Alıyev qeyd edib ki, ulu öndərin dediyi kimi “Müstəqilliyi qazanmaq çətindir, amma onu qoruyub saxlamaq isə ondan da çətindir” sözləri zamanın sınağından çıxdı.
Onlayn tədbirdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi Nicat Əhmədzadə “Heydər Əliyev və milli qürur günümüz 28 May”, Ucar rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi Tacəddin Mehdizadə “Müsəlman Şərqinin ilk dünyəvi Demokratik Respublikası”, Ağdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Aygün xanım “Heydər Əliyevin qurduğu Müstəqil Azərbaycan və Xalq Cümhuriyyəti ənənələri”, Jalə xanım “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti”, Göyçay rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Ülkər Məlikzadə “Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti”, Aytən Zeynalova “Azərbaycan ədəbiyyatının və mədəniyyətinin Cümhuriyyət dövrü” mövzularında çıxış etdilər. Natiqlər Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan cümhuriyyətin XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələrinin əsasını qoyduğunu diqqətə çatdırdılar.
Onlayn tədbirdə qonaq olaraq çıxış edən Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov çıxış edərək bildirdilər ki, XX əsrin sonunda yenidən müstəqillik əldə edən Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin zəngin siyasi təfəkkürü, idarəçilik təcrübəsi və rasional fəaliyyəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaqdan, yəni qısa zamanda müstəqilliyini itirməkdən qurtuldu. Ulu öndər Heydər Əliyev həmin dövrdə müstəqilliyimizi qorudu və müasir, güclü, nüfuzlu dövlət kimi çıxış edən və böyük bir regionda lider ölkəyə çevrilən Azərbaycanın təməlini qoydu.










































