image-qanunla-reklam
image-media-nocomment_cb01da64af34df53553841a4f8be4ea7_pslzo37a18yn29jhtuib-750x470-thwejcxsvuqpo0i27nyz

Zəngilan yenidən qurulur

image-lady-day-az

Zəngilan yenidən qurulur.

İllər ötsədə, qərinələr dolansa da Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə həkk olunan Vətən müharibəsi hər zaman möhtəşəm Qələbənin yazıldığı bir tarix kimi xatırlanacaq. Zəngilanın işğaldan azad olunması ilə nəticələnən Qələbə ruhlu 20 oktyabr 2020-ci il tarixi şərəf və qürur tariximizə çevrilib. Qazanılan bu Zəfər təkcə silahın gücü deyil, həm də Prezident cənab İlham Əliyevin milli maraqlarımıza söykənən üzaqgörən siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır.

Artıq Böyük Qayıdış Proqramı çərçivəsində Zəngilan rayonunun yeni inkişaf dövrü başlayıb. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə məhz Zəngilanda icra edilib, Ağalı kəndində 200 evdən ibarət “ağıllı kənd” salınıb. Azərbaycanın “ağıllı kənd” layihəsinin yeni mərkəzi olan Ağalı kəndinin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün fəxrlə deyə bilərik ki, Ağalı dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var, burada günəş enerjisinin böyük potensialı var. Qürur duyuruq ki, Zəngilanda müxtəlif istiqamətlərdə fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir.  Cənab Prezident İlham Əliyevin azad olunmuş Zəngilana səfərləri xalqımızın yaddaşına unudulmaz anlarla yazılır. Dövlət başçısının apardığı uğurlu, məqsədyönlü, düşünülmüş və qətiyyətli siyasət sayəsində ölkəmizin nəinki ərazi bütövlüyü, suverenliyi təmin edilib, həmçinin inkişafa yeni pəncərələr açılıb. İnanırıq ki, tezliklə bütün Qarabağ torpağı abadlaşacaq və həyat yenidən öz axarına düşəcək.

Şəhla Eminova – Zərdab şəhər sakini, 1 saylı məktəb liseyn direktor müavini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki