Rusiya Prezidenti Vladimir Putin hazır olsa, Vladimir Zelenski onunla günü sabah görüşə bilər.
Qanunla.Az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
“Əgər Putin hazır olduğunu göstərsə, o zaman görüş sözün əsl mənasında sabah, hətta o biri gün də baş tuta bilər. Prezident Zelenski bu görüşə hazırdır. Onun mövqeyi aydındır”, – Kuleba bildirib.
Nazirin sözlərinə görə, bu görüşə ev sahibliyi etmək üçün bəzi ölkələr arasında rəqabət var:
“Deyə bilərəm ki, Zelenski ilə Putin arasında görüş keçirmək hüququ uğrunda yarış Olimpiya Oyunları uğrunda mübarizədən daha sərtdir”.


























