Ukrayna Prezidenti Vladimir Zelenski Donbassda əməliyyat bölgəsinə səfər edib.
Qanunla.Az xəbər verir ki, o bu barədə “Instagram” hesabından paylaşım edib. Zelenski əraziyə qayıqla gedib.
Ukrayna liderinin sözlərinə görə, o, Donbasda dövlət sərhədinin mühafizəsi sistemi ilə tanış olacaq.


























