image-qanunla-reklam
image-resize_3532e2602d8fcd875aa42edede3d73f8-780x470

Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı

image-lady-day-az

Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı

Bu gün diplomatik mərkəzə çevrilən Şuşada dalğalanan Azərbaycan Bayrağı dünyaya tarixi Zəfərimizin reallıqları ilə yanaşı, birliyimizi təqdim edir. Şuşa 30 ildən sonra dünyanın müxtəlif  ölkələrində yaşayan soydaşlarımızı bir araya gətirərək Zəfər Qurultayına şahidlik etdi. Dünya azərbaycanlıları Bayrağımızın altında birləşdi, qalib Azərbaycanın yaratdığı yeni reallıqların həyata keçirilməsində üzərinə düşən vəzifələri müzakirə etdilər. Üçrəngli Bayrağımızın bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsasıdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri həmin torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçrəngli Bayrağımızın altında sıx birləşərək qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanımızla qürur duyur, yeni reallıqların fonunda qazandığı uğurların təbliğində fəal iştirak edir.

Dövlət Bayrağımız canımız, qürurumuz, kimliyimiz, sabaha doğru inamlı addımlarımızın əsasıdır. Dövlət Bayrağı Günündə Azərbaycanın uğurlarını sadalamaq böyük xoşbəxtlik, qürurdur. Bayrağımız hələ bundan sonra qalib Azərbaycanın daha möhtəşəm uğurlarına şahidlik edəcək, yeni-yeni hədəflərin bələdçisi olacaq. Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Ümummilli Lider Heydər Əliyevin “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir” fikirləri bütün dövrlərdə səsləndirilən əsas çağırışlar sırasındadır.

Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki