image-qanunla-reklam
image-1658729710_mashin

Zaqatalada maşın aşdı – Qardaşlar yaralandı

image-lady-day-az

Zaqatalada minik avtomobili aşıb, üç nəfər xəsarət alıb.

“Qanunla.az”ın məlumatına görə, hadisə səhər saat 8 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı tala kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində xəsarət alan 3 nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Yaralılardan ikisi qardaşdır. Onlar rayonun Üçüncü Tala kənd sakinləri – 1985-ci il təvəllüdlü Cuma Nizami oğlu Xəlilov və 1992-ci il təvəllüdlü Rəsul Nizami oğlu Xəlilovdur. Digər yaralı isə Qax rayonundan olan Maşallah adı şəxsdir.

Zaqatala RMX-dan bildirilib ki, yaralılardan Rəsul Xəlilovun üzərində cərrahiyyə əməliyyatı aparılıb vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki