image-qanunla-reklam
image-dfa72b07-d7ba-3f60-8107-32e28ba14100_850

Zakir Nuriyev: “Elektron pul qablarına maraq artıb”

image-lady-day-az

“Son dövrlərdə keçirilən forumların əsas foksu rəqəmsal iqtisadiyyat, rəqəmsal ekosistemi və bu sahələrin təhlükəsizliyini təmin etməldir”.

Bunu Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev deyib.

“Bunun əsas səbəbi texnoloji nailliyyətiləri tətbiq etməklə 4-cü sənaye inqilabı dövrünə uyğunlaşmaqdır. Son illərdə pandemiya ilə bağlı yaranan çətinliklər rəqəmsal iqtisadiyyata keçidi vacib edir. Qeyd etdiyimiz təsirlər istehlakçılarən xərcləmə modellərində də əhəmiyyətli dəyişikliklərə gətirib çıxarıb. 2020-ci ildə qlobal miqgsada nağdsız ödənişlər 6% artıb. Son dövrlərdə rəqəmsal ödənişlərə, xüsusən elektron pul qablarına maraq artıb. Araşdırmalara əsasən, ani ödənişlər və elektron pul kisələri vasitəsi ilə həyata keçirilən nəğdsiz ödənişlərin ümumi ödənişlərdəki payı 2020-ci ildə 14, 5% təşkil edib. 2025-ci ilə qədər bu rəqəmin 25%-ə yüksələcəyi gözlənilir”, – deyə o, qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki