image-qanunla-reklam
image-1649485086_7e37a2288577a67e65eda63c2f1b8bfb

“Yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür” – Teymur Musayev

image-lady-day-az

“Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür. Tam detallı məlumat verə bilməsəm də, söhbət sırf Sars-Cov 2 əleyhinə vaksindən getmir”.

Qanunla.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, vaksin istehsalı strateji məsələdir: “Yəqin ki, bu istiqamətdə aparılan işlər nəticəsində Azərbaycanda istənilən halda mümkün olan pandemik çağırışlara çox çevik və effektiv cavab olaraq vaksin istehsalı təmin edilə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki