image-qanunla-reklam
image-fea61e31353889eec92882c65bd8c91e_17754725716041940616_1200x630

Yenidən qardaş Gürcüstanda olmaq mənim üçün böyük şərəfdir

image-lady-day-az

Yenidən qardaş Gürcüstanda olmaq mənim üçün böyük şərəfdir.

 

Aprel ayının 6-da Cənab Prezident İlham Əliyev Gürcüstana həyata keçirdiyi rəsmi səfər çərçivəsində verdiyi bəyanat iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın və dərin köklərə malik dostluq münasibətlərinin bariz ifadəsinə çevrildi. Səfər zamanı aparılan müzakirələr və səsləndirilən fikirlər göstərdi ki, Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıq yalnız bugünkü maraqlarla deyil, həm də uzunmüddətli inkişaf hədəfləri ilə sıx şəkildə bağlıdır.

Azərbaycan və Gürcüstan arasında əlaqələr təkcə coğrafi yaxınlıqla deyil, həm də ortaq tarix, mədəniyyət və qarşılıqlı hörmət prinsipləri ilə formalaşıb. Əsrlər boyu hər iki xalqın nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşamış, bu münasibətlər müasir dövrdə də dövlətlərarası əməkdaşlığın əsasını təşkil etmişdir. Bu gün isə bu əlaqələr siyasi dialoq, iqtisadi tərəfdaşlıq və regional layihələr vasitəsilə daha da inkişaf edir.

Səfər zamanı cənab Prezidentin səsləndirdiyi fikirlər bu münasibətlərin mahiyyətini aydın şəkildə ifadə edir: “Yenidən qardaş Gürcüstanda olmaq mənim üçün böyük şərəfdir. Əminəm ki, mənim səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. Bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir. Fürsətdən istifadə edərək, Gürcüstanın əldə etdiyi uğurlar münasibətilə Sizi və hökumətinizi təbrik etmək istəyirəm”. Bu bəyanat iki ölkə arasında münasibətlərin yalnız rəsmi səviyyədə deyil, həm də xalqlar arasında səmimi dostluq və qarşılıqlı etimada əsaslandığını göstərir. Prezidentin vurğuladığı kimi, tarixi bağlar müasir əməkdaşlıq üçün möhkəm təməl rolunu oynayır və bu təməl üzərində yeni uğurlar qurulur.

Hazırda Azərbaycan və Gürcüstan regionda sabitliyin və inkişafın əsas dayaqlarından biri kimi çıxış edir. Xüsusilə enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələr iki ölkənin strateji əhəmiyyətini artırmaqla yanaşı, beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirir. Bu layihələr Avropa ilə Asiyanı birləşdirən mühüm körpü rolunu oynayaraq regionun geosiyasi əhəmiyyətini yüksəldir.

Eyni zamanda, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olması qarşılıqlı etimadın göstəricisidir. Dövlət başçılarının mütəmadi görüşləri və açıq fikir mübadiləsi əməkdaşlığın davamlı və məqsədyönlü şəkildə inkişafına zəmin yaradır. Cənab Prezident İlham Əliyevin Gürcüstana səfəri və səsləndirdiyi bəyanat Azərbaycan–Gürcüstan münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm hadisə kimi qiymətləndirilir. Bu münasibətlər yalnız iki ölkənin deyil, bütövlükdə regionun sabitliyi və rifahı üçün strateji əhəmiyyət daşıyır.

 

Babək Mikayılov – Zərdab Peşə liseyinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki