G7 ölkələri həmişə yeni sanksiyaların hazırlandığını deyir.
Qanunla.Az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov G7-nin Rusiyaya qarşı hazırlayacağı sanksiya paketi ilə bağlı danışarkən deyib.
“Gözləyək və görək. G7-də yeni sanksiyaların hazırlandığı ilə bağlı davamlı bəyanatlar verilir. Sanksiyalar tətbiq olunsa, onlara cavab verəcəyik”, – Peskov bildirib.


























