image-qanunla-reklam
image-a3d06db1163906501493949980910646797

Yeni dövr və bərpa-quruculuq işləri

image-lady-day-az

Yeni dövr və bərpa-quruculuq işləri

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Artıq Böyük Qayıdış proqramına uyğun olaraq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Prezident cənab İlham Əliyev azad olunmuş Cəbrayıl rayonuna bir neçə dəfə səfər edərək müxtəlif obyektlərin təməlqoyma mərasimlərində iştirak edib və ya tikintisi ilə tanış olub. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Cəbrayıl rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub. İşğaldan azad edilmiş Cəbrayıl rayonunda proqrama uyğun olaraq indi genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Artıq Cəbrayıl şəhəri də öz sakinlərini qoynuna alıb, insanlar öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıblar. Köç karvanları bir-birini əvəz edir. Uzun illər doğma yurd həsrəti ilə yaşayan adamların səsi ata-baba ocağından gəlir.

Cəbrayılda bərpa-quruculuq işləri çərçivəsində müxtəlif müəssisələrin tikintisi həm ümumi iqtisadi inkişafımıza töhfə verəcək, həm də əhalinin məşğulluğunu təmin edəcək. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb. Eləcə də, Cəbrayıl rayonunun elektrik təchizatı artıq var. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi bu baxımdan vacibdir. Bu rayonun elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Yol-nəqliyyat infrastrukturu da ciddi şəkildə qurulur. Belə ki, Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Bu rayona gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib. Bütövlükdə, azad olunmuş ərazilərimizdə görülən möhtəşəm işlər hər birimizi qürurlandırır. Tezliklə bu ərazilər bütünlüklə yenidən, ən müasir səviyyədə qurulacaq və insanlar doğma yurdlarında firavan yaşayacaqlar.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki