image-qanunla-reklam
image-1629792029-un0462444_0

Yəməndə milyonlarla azyaşlı ölümlə üz-üzə qalıb – UNİCEF

image-lady-day-az

Yəməndə hər 10 dəqiqədə bir uşaq ölür. Bu ölümdən qaçmaq da mümkün ola bilərdi.

Qanunla.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Henrietta For öz açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu il 1,6 milyon uşaq zorakılıq nəticəsində didərgin düşüb:

“Bu gün Yəməndə 21 milyona yaxın insanın, o cümlədən 11,3 milyon uşağın sağ qalması üçün humanitar yardıma ehtiyacı var. 2,3 milyon uşaq qida tapa bilmir və 5 yaşa qədər təxminən 400 min uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir – onlar qaçılmaz ölümlə üz-üzədirlər”.

“Yəməndə qarşısının alınması mümkün ola bilən səbəblərdən, qida çatışmazlığından və peyvəndlə qarşısı alına bilən xəstəliklərdən hər 10 dəqiqədə bir uşaq ölür”, – deyə UNICEF rəhbəri əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki