image-qanunla-reklam
image-1686992452-119900

Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq

image-lady-day-az

Yay fəsli Azərbaycana iyunun 21-i saat 18:57:47-də daxil olacaq.

Bu barədə “Qanunla.az”a Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 18:57:47-də daxil olacaq.

Məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş şüalarının düşmə istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə) və ən qısa gecə (gecənin uzunluğu 8 saat 56 dəqiqə 36 saniyə) olur.

Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 11 saniyə olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki