image-qanunla-reklam
image-img_3068

Yasamaldakı yanğından zərərçəkmiş bina sakinləri maraqları faktları ortaya çıxardı – FOTO və VİDEO

image-lady-day-az

Ötən gün paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasındakı yanğınla bağlı maraqlı faktlar ortaya çıxıb.

“Qanunla.az”ın əməkdaşı hadisə yerindən çəkiliş edərkən sakinlərlə söhbət edib.

Bina sakinlərinin sözlərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qrupu çox gec gəlib:

“Təxliyədə daha çox aktiv olan polis əməkdaşları idi. Zərərçəkmişləri post patrul avtomobillərinə yerləşdirib dərhal xəstəxanaya göndərdik. Bəlkə də onlarda lazımı qədər tibbi avadanlıqlar olsaydı elə yerindəcə tüstüdən zəhərlənən vətəndaşlara yardım etmək olardı. Hadisə yerinə gələn yanğınsöndürənlərdə qazəleyhinə maska olmadığından tüstüdən zəhərlənənləri təxliyə etmək çətinləşirdi”.

Bina sakinlərinin sözlərinə görə, hadisə zamanı vətəndaşlar daha çox 12-ci mərtəbədə ilişib qalıblar.

Qeyd edək ki, hadisə zamanı 3 nəfər ölüb, 20-dən çox şəxs tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Orxan Rasifoğlu

image-img_3067 image-img_3066 image-img_3065 image-img_3064


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki