image-qanunla-reklam
image-cb700c4b806ac38a41d0927091796c1e

Yaponiyada seçkilər: Hakim partiyalara ağır zərbə

image-lady-day-az

Yaponiyanın Liberal Demokratik Partiyası (LDP) və Komeito Partiyasının hakim koalisiyası bazar günü keçirilən seçkilərdə ağır məğlubiyyətlər üzləşib.

Qanunla.az xarici agentliklərə istinadən xəbər verir ki, onlar parlamentin yuxarı palatasındakı yerlərinin çoxunu itiriblər.

Bu, Baş nazir Şiqeru İşibanın rəhbərlik etdiyi hakim blokun ardıcıl ikinci məğlubiyyətidir – ötən ilin payızında o, parlamentin əsas aşağı palatasında çoxluğunu itirib. Lakin müxalifət düşərgəsindəki fikir ayrılıqları sayəsində o, azlıq hökuməti yarada və hakimiyyətdə qala bilib. Müşavirlər Palatasında çoxluğu saxlamaq üçün 51 mandata ehtiyacı olan LDP və Komeito yalnız onların 47-ni təmin edə bildi. Bu seçkilərdən sonra hakim blok yuxarı palatada bir dəfəyə 28 yer itirdi. Beləliklə, baş nazirin rəhbərlik etdiyi koalisiya indi 248 mandata malik parlamentin yuxarı palatasında cəmi 122 yerə sahibdir.

Keçmiş baş nazir Yoşihiko Nodanın rəhbərlik etdiyi ana müxalifətdəki Konstitusiya Demokratik Partiyası son seçkilərdə 22 mandat qazanaraq mandatların ümumi sayını 38-ə çatdırıb. Ən təsirli nəticəni millətçi düşüncəli Siyasi İştirakçılar Partiyası göstərərək deputat sayını 1-dən 14-ə yüksəldib. Xalqların Demokratik Partiyası da mövqeyini xeyli yaxşılaşdıraraq, mandatların sayını 5-dən 22-yə çatdırıb.Ümumilikdə, LDP və Komeitodan başqa, demək olar ki, bütün partiyalar yuxarı palatada mövqelərini gücləndiriblər. Belə ki, hazırda hakim koalisiya parlamentin yuxarı palatasında 122, bütün müxalifət partiyaları isə 126 yerə malikdir. Eyni zamanda bəzi müxalifət partiyaları müəyyən qanunvericilik təşəbbüslərinin irəli sürülməsində hakim blokla əməkdaşlığa hazır olduqlarını nümayiş etdiriblər. İşiba etiraf edib ki, hakim blok seçkilərdən ciddi dərs alıb və bundan nəticə çıxarmaq lazımdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki