image-qanunla-reklam
image-1645506929-cropped-1645206896photo_sxm2022021800005410

Yaponiyada 4 milyardlıq hidrogen qatarı hazırladı

image-lady-day-az

Yaponiyanın ən böyük dəmir yolu şirkəti East Japan Railway Co, mart ayında ölkənin ilk hidrogenlə işləyən qatarını sınaqdan keçirməyə başlayacaq. 

“Qanunla.az” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Yaponiyanın hidrogenlə işləyən ilk qatarının 2030-cu ildə kommersiya nəqliyyatı üçün istifadəyə verilməsi planlaşdırılır.

İki vaqonlu “Hybari” qatarı Yaponiyanın nəhəng Şərqi Yaponiya Dəmiryolu şirkəti tərəfindən Toyota Motor və Yaponiyanın Hitachi konqlomeratı ilə əməkdaşlıqda hazırlanıb. Qatarın qiyməti 4 milyard yen (35 milyon dollar) təşkil edir və tək bir hidrogen çəni ilə saatda 100 kilometr sürətlə 140 kilometr məsafə qət edə bilir. Dəmir yolu şirkəti dizel parkını hidrogen qatarları ilə əvəz etməyi, həmçinin onları ixrac etməyi planlaşdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki