image-qanunla-reklam
image-screenshot

Yanğında həlak olan azyaşlı tanınmış vəkilin qızı imiş

image-lady-day-az

Ötən gün Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirənlərdən biri tanınmış vəkilin övladı imiş.

“Qanunla.az”  xəbər verir ki, yanğın zamanı həlak olan 2018-ci il təvəllüdlü Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun qızıdır.

Onun 2015-ci il təvəllüdlü qızı və həyat yoldaşı isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, hadisə zamanı 3 nəfər ölüb, 20-dən çox şəxs tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Orxan Rasifoğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki