image-qanunla-reklam
image-img-20211113-wa0014

Xüsusi Təyinatlı komandir şəhid Azər Mikayılovun anım tədbiri keçirilib – FOTO

image-lady-day-az

Xüsusi Təyinatlı komandir şəhid Azər Mikayılovun anım tədbiri keçirilib – FOTO

11 Noyabr 2021-ci il tarixdə Xırdalan Mədəniyyət Mərkəzində, Vətən Müharibəsinin, Xüsusi Təyinatlı komandir şəhid, mayor Azər Əmrah oğlu Mikayılovun anım günü keçirilib.

Rezonans.az xəbər verir ki, ilk öncə Vətən müharibəsi şəhidi Azər Mikayılovun keçdiyi şərəfli döyüş və ömür yolundan bəhs edilərək tədbir iştirakçılarına məlumat verilmişdir.

Tədbirdə şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, orta məktəb şagirdləri, Şahin Mehtiyev, Məhəmməd Cəbrayılov və bəzi ziyalılar iştirak etmişdir.

Tədbirdə iştirak edən natiqlər şəhid Azər Mikayılovla bağlı fikirlərini və xatirələrini bölüşərək ədəb-bədii kompozisiya ilə tədbir davam etdirilmişdir.

Nazim Kamranoğlu

image-img-20211113-wa0010 image-img-20211113-wa0009 image-img-20211113-wa0008 image-img-20211113-wa0011 image-img-20211113-wa0014 image-img-20211113-wa0013 image-img-20211113-wa0012 image-img-20211113-wa0015


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki