image-qanunla-reklam
image-photo_97838

Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması

image-lady-day-az

Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması

1992-ci ilin fevral ayının 25 dən 26-na keçən gecə “Ermənilər 366-cı motoatıcı alayın dəstəyi ilə bir gecənin içində Xocalıda dinc insanlara qarşı qırğınlar törədərək əməlakları talayıb, özününkiləşdirib və insanlığa xas olmayan vəhşiklər törədib. Əsir götürülmüş şəxslərə işgəncələr verilib, onlar şəraitsiz yerlərdə saxlamaqla fiziki əzaba məhkum ediliblər. Bu soyqırımın törədilməsinin məqsədi azərbaycanlılara qarşı etnik təmizlənmənin aparılması olub.  Ermənistan Azərbaycan torpaqlarında etnik təmizlənmə aparmaqla özlərinin çirkin niyyətlərinə nail olunmağa çalışıb. Hətta Xocalı soyqırımı törədənlər Ermənistan hakimiyyəti tərəfindən mükafatlarla təltif olundu. Bu, insanlığa xas olmayan vəhşiliyin və cinayətkarların mükafatlanması idi. Torpaqlarımız 30 il erməni işğalı altında qaldı. Bu dövrdə xalqımız Xocalı faciəsini Xocalıdan uzaqda ümumxalq hüzn günü kimi qeyd edirdi. Bununla yanaşı erməni vəhşilklərinin dünyaya çatdırılması istiqamətində iş aparılmağa başlandı. Xocalı soyqırımı dünyanın 13 ölkəsinin paralamenti tərəfindən tanınıb. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq qarşımızda dayanan başlıca hədəfimizdir. Dünya ictimaiyyəti  ermənilərin simasızlığını tanımalıdır. Bu işdə Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət” kampaniyası xüsusi rol oynadı. Azərbaycan diaspor təşkilatları, xaricdə yaşayan soydaşlarımız hər il “Xocalıya ədalət” kampaniyasına qoşulur və Xocalı faciəsinin həqəqətlərinin dünyaya çatdırılması istiqamətində tədbirlər təşkil edir.  Təbii ki, bu gün Xocalımız da və digər ərazilərimiz də işğaldan azad olunub. İndi Xocalı faciəsini Xocalıda ucaldılan memorial abidəni ziyarət etməklə anacağıq.

Bu gün bəzi erməni cəlladları Bakıda məhkəmə kürsüsünə çıxarılır və onlara qarşı törətdikləri cinayətlərə görə ittihamlar irəli sürülür. Amma çox təəssüf ki, Xocalı faciəsinin birbaşa təşkilatçıları Sarkisyan, Köçəryan və digərləri hələ ki törətdikləri soyqırımlara və hərbi cinayətlərə görə məsuliyyətdən boyun qaçıra bilib. Amma zaman gələcək ki, onları da ittiham kürsüsünə çıxarılacağına əminik. Bu gün Xocalı azaddır! Xocalılar öz doğma yurduna qayıdıblar. Xocalı soyqırımı isə heç vaxt yadımızdan çıxmayacaq. Çalışmalıyıq ki, bütün dünya ictimaiyyəti Xocalı soyqırımını tanısın, öz reaksiyasını versin, bu soyqırımı törədənləri beynəlxalq məhkəmələrə çıxarmağımıza dəstək verilsin.

 

Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki