image-qanunla-reklam
image-img_2741

Xətai rayonunda 2025-2026-cI illərin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

image-lady-day-az
Xətai rayon İcra Hakimiyyətində 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlığın yekunu, qış aylarında İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Qanunla.az-ın verdiyi məlumata görə, müşavirədə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər Təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Bakı Şəhər Mənzil–Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehraliyev,  rayonun idarə-müəssisə rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək, 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlərin vəziyyəti ilə bağlı geniş məlumat verərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində Qərərgah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyini bildirilmişdir. R.Quluyev çıxışında qeyd etdi ki, əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyində olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, inventar, qum və duz tədarükü görülüb, işçilər arasında xüsusi iş qrafiki və növbətçilik təsdiq olunub. Eyni zamanda, rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cağırış edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri çıxışlarında vurğulayıblar ki, bütün kommunal və təsərrüfat xidmətləri qışın sərt günlərində üzərlərinə düşən vəzifələri vaxtında və tam şəkildə yerinə yetirməyə hazır olmalıdırlar. Həmçinin, yarana biləcək problemlərin operativ və əlaqəli şəkildə həll olunması ilə bağlı tövsiyələr verilib.
Müşavirənin sonunda aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Orxan Rasifoğlu
image-img_2740 image-img_2739 image-img_2735

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki