image-qanunla-reklam
image-xerson-mitinq

Xersonda ruslara qarşı mitinq: yaralılar var

image-lady-day-az

Xerson sakinləri rus işğalına qarşı növbəti mitinqlərə başlayıb.

Qanunla.Az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Nə insanların oğurlanması, nə də rusların silah tətbiqi insanların yenidən Azadlıq meydanına toplaşmasına mane ola bildi”, – məlumatda bildirilib.

Şahidlərin sözlərinə görə, işğalçılar səsgücləndiricilər vasitəsilə mitinqin qadağan olduğunu bəyan etsələr də, insanlar mitinqə davam ediblər.

Mitinq iştirakçıları “Xerson Ukraynadır” və Vladimir Putin əleyhinə şüarlar səsləndiriblər.

Rusiya hərbçiləri atəş açmağa və gözyaşardıcı qazlardan istifadə etməyə başlayıblar. Yaralıların olduğu bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki