image-qanunla-reklam
image-7334_1726812160

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı

image-lady-day-az

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı

 

20 sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. 2023-cü ilin 19-20 sentyabrında şanlı Azərbaycan Ordusu tərəfindən həyata keçirilən uğurlu antiterror əməliyyatları nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə separatçılardan təmizləndi. Bu, 44 günlük Vətən müharibəsində qazanılmış zəfərin davamı və nəticəsi kimi tarixə düşdü. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər ilin 20 sentyabrı Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Ümumiyyətlə, bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canı və qanı bahasına başa gəlib. Bu günün təsis edilməsi həm də Ermənistanın və qondarma “Dağlıq Qarabağ”ın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərksilah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır.

Dövlətimizin başçısı 2023-cü ilin 15 oktyabrında Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaldarkən bunun tarixi gün olduğunu vurğulamışdı.Cənab prezident çıxışında qeyd etmişdi ki “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və Qurani-Kərimə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.

Beləliklə, artıq  Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə şanlı Azərbaycan Bayrağı dalğalanır. Böyük qürurla həmin şəhərlərin işğaldan azad olunma günlərini qeyd edirik. Nəticədə, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd kimi Qarabağımızın əzəli və möhtəşəm şəhərləri işğaldan azad edildi. Bunun üzərindən çox qısa müddət keçməsinə baxmayaraq, həmin ərazilərdə intensiv şəkildə bərpa-quruculuq-bərpa işləri aparılır. Adıçəkilən şəhərlərin yenidən bərpa edilməsi ilə Qarabağ təkcə Azərbaycanın deyil, hətta bütün dünyanın ən cəlbedici məkanlarından birinə çevrilir.

Bundan başqa, artıq Azərbaycana gələn dünya liderləri ilə beynəlxalq görüşlər də Qarabağda, Şərqi Zəngəzurda keçirilir. Hətta 16 sentyabr 2025-ci il tarixdə Prezident cənab İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Füzulidə qarşıladı. Bu, onu göstərir ki, Azərbaycan diplomatiyasının nəbzi Qarabağda vurur. Cənab Prezident Qarabağın inkişafı və ora beynəlxalq ictimaiyyətin diqqətini çəkmək və investisiyaların cəlb edilməsi üçün xarici qonaqlarla yüksək səviyyəli görüşlərini işğaldan azad olunmuş ərazilərimizə salır. İkinci Dünya müharibəsindən sonra Avropanın düşdüyü vəziyyəti, dağıntıları, tələfatı və insanların rəzil gününə düşməsini xatırlayaq. Müharibənin ağır nəticələrinin 10 illər ərzində davam etmişdi. Lakin çox qısa müddət ərzində yenidənqurma işlərinə başladıq. Təkcə Ağdam şəhərini xatırlamaq belə bəs edir. Şəhər yer üzündən tamamilə silinmişdi, sanki ora bir nüvə başlıqlı raket atılmışdı. Ancaq biz yer üzündən silinmiş şəhəri qısa bir zamanda bərpa etdik. Qarabağın əsl sahibləri olaraq Azərbaycan xalqı və Azərbaycan dövləti bütün dünyaya göstərir ki, əsl torpaq sahibləri nə etməyə qadirdir, nələri edir və necə edir. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir və artıq Xankəndi, Xocalı, Xocavənd, Ağdərə Azərbaycanın dövlətçilik tarixində yeni inkişaf mərhələsinin rəmzlərinə çevrilib və bayrağımız bu torpaqlarda əbədi dalğalanacaq.

 

Zərdab Rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Əvəz Soltanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki