image-qanunla-reklam
image-media-21b12d57-4226-48a8-a620-c00215872a8e-lj0e8ch29u5tvryzpibg

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri ən yüksək səviyyədə və müasir formada inkişaf edəcək

image-lady-day-az

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri ən yüksək səviyyədə və müasir formada inkişaf edəcək.

 

20-sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Cənab Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd ediləcək. Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən bu mühüm addım ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Bu əlamətdar günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. Reallıq budur ki, Azərbaycan 30 il dünyadan ədalət gözlədi, amma sonda  ədaləti özü bərpa etdi. Üçrəngli Bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması tarixi Zəfərimizin rəmzidir. Qeyd etdiyimiz kimi, bu Zəfərə Vətən oğullarının canı, qanı bahasına nail olmuşuq.  Azərbaycan xalqı elə bir qəhrəmanlıq, fədakarlıq göstərdi ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar. Çünki ölkəmiz  öz haqqını danışıqlar yolu ilə, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdi. Şəhərlərimiz, kəndlərimiz azad edildi.Qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gündə  bir yumruq kimi birləşdi. Bu yumruq həm gücümüzün, həm də birliyimizin təqdimatı oldu. 20 sentyabr Ağdərə, Xocavənd, Xankəndi və Xocalının azad edilməsinin ildönümü kimi Azərbaycan tarixində xüsusi yer tutur. Bu gün həm ərazi bütövlüyümüzün bərpasının, həm də xalqımızın milli qürurunun simvoludur. Azad edilmiş torpaqlar bu gün yalnız dirçəlmə və bərpa mərhələsindən keçmir, həm də beynəlxalq tədbirlərin mərkəzinə çevrilərək Azərbaycanın qlobal arenadakı mövqeyini möhkəmləndirir. Bir vaxtlar faciələrin rəmzinə çevrilmiş Xankəndi bu gün artıq regional əməkdaşlıq və beynəlxalq dialoqun yeni məkanına çevrilib. Burada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti şəhərin yeni statusunu təsdiqlədi. Prezident İlham Əliyevin dediyi kimi: “Biz azad olunmuş torpaqları bərpa etməklə yanaşı, onları beynəlxalq əməkdaşlıq məkanına çeviririk. Xankəndi bu gün regionun mühüm siyasi mərkəzi kimi formalaşır”.Sammitdə iştirak edən dövlətlərin nümayəndələri Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etdiklərini nümayiş etdirdilər. Beynəlxalq media forumunun Şuşada keçirilməsi, lakin Xankəndidən başlanması xüsusi məna daşıyır. Azərbaycanın mədəniyyət paytaxtı ilə Xankəndinin birgə təqdimatı milli-mənəvi dəyərlərin və müasir diplomatik təşəbbüslərin birləşdiyini göstərir. Cənab Prezident İlham Əliyevin sözləri ilə: “Şuşa bizim mədəniyyətimizin simvoludur, Xankəndi isə bu gün yeni siyasi və diplomatik mərkəzə çevrilir. Bu şəhərlər birlikdə Azərbaycanın gücünü, həm keçmişini, həm də gələcəyini nümayiş etdirir”. Son aylarda Xankəndidə keçirilən tədbirlər şəhərin tədricən beynəlxalq status qazanmasına dəlalət edir. Burada keçirilən görüşlər, sammitlər və forumlar Azərbaycanın yalnız region üçün deyil, həm də qlobal əməkdaşlıq üçün mühüm tərəfdaş olduğunu təsdiqləyir. Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki: “Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Azərbaycanın yaratdığı reallıq bütün region dövlətlərinin maraqlarına xidmət edir”. Bu gün Xankəndi sadəcə bərpa olunmuş şəhər deyil. O, quruculuğun, diplomatiyanın və beynəlxalq etirafın simvoluna çevrilib. Şəhərin cazibə mərkəzinə çevrilməsi Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi hərbi qələbəni davamlı siyasi və diplomatik uğurlara çevirdiyini göstərir. 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü bu mənada yalnız tarix deyil, həm də gələcəyin rəmzidir. Xankəndi artıq yeni bir dövrün, Cənubi Qafqazda sülhün və əməkdaşlığın bir təzahürüdür.

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatının məsləhətçisi

Aydın Şıxəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki