Tiktokda “Miray” ləqəbi ilə tanınan Aysel Mustafayevanın həbs müddəti uzadılıb.
Bu barədə “Qanunla.az”a xanım tiktokerin 18 saylı Vəkil Bürosunun vəkili Qabil Ağayev məlumat verib.
Vəkilin sözlərinə görə,”Miray”ın həbs müddətinin daha 3 ay müddətinə uzadılması barədə qərar qəbul edilib.
Xatırladaq ki, Aysel Mustafayeva (“Miray” ləqəbli tiktoker) barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.
Qeyd edək ki, “Miray” Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılıb.
Məhkəmənin qərarına əsasən, tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu

























