image-qanunla-reklam
image-2f8278fb94_file1768

Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir

image-lady-day-az

Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir.

Azərbaycan və Qazaxıstan dövlətlərinin dostluq münasibətlərinə malik olmasını nümayiş etdirən məqamlardan biri də Qazaxıstanda Ulu Öndərin adını daşıyan küçənin olmasıdır. Belə ki, paytaxt Astananın mərkəzi küçələrindən biri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyır. Qazaxıstan Respublikası Hökuməti yanında Komissiyanın ötən il yanvarın 17-də keçirilən iclasında Astana şəhərinin Yesil rayonunda yerləşən küçələrdən birinə Ümummilli Lider Heydər Əliyevin adının verilməsi barədə yekun qərar qəbul olunub. Sözügedən küçə Astana şəhərinin yeni salınmış, müasir bina, ticarət mərkəzi, konqres mərkəzi, mehmanxanaların və digər ictimai-iaşə obyektlərinin yerləşdiyi ərazidədir. Küçənin başında botanika bağı yerləşir. 2023-cü il aprelin 10-da hər Prezident cənab İlham Əliyevin və Kasım-Jomart Tokayevin iştirakı ilə Ümummilli Lider Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilib. Bundan əlavə, Lev Qumilyov adına Avrasiya Milli Universitetindəki Ümummilli Lider Heydər Əliyev adına auditoriya Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən yenidən qurulub, son texnoloji avadanlıqlarla təchiz olunub.

Prezident cənab İlham Əliyevin müsahibəsində bildirdiyi kimi: “2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Belə tədbirlər xalqlarımız arasında yaradıcılıq əlaqələrinin dinamik inkişafını əks etdirir və iki ölkənin mədəni ənənələrinin qarşılıqlı zənginləşməsinə töhfə verir. Qazax ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ən görkəmli simalardan biri Kemel Tokayevin “Gecə açılan atəş” adlı povestlər toplusunun Azərbaycan dilində nəşrini məmnunluqla qeyd etmək istərdim. Həmçinin 2023-cü ildə Bakıda Kemel Tokayevin 100, Mir Cəlal Paşayevin 115 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib”. Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək.

Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki